Prezident xəbərdarlıq etdi; Məmurlar biznesləri ilə bağlı yeni planı hazırlayır

img

02-06-2015 [12:32]


Ölkədə bizneslə məşğul olan vəzifəli adamlar bunu qanuniləşdirmək istəyirlər.

Mia.az modern.az-a istinadən xəbər verir ki, hətta bununla bağlı müəyyən addmların atıldığı, lakin sonda müsbət nəticə vermədiyi barədə xəbərlər var. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məsələlə ilə bağlı sayta açıqlamasında faktı təsdiqləyib: "Belə fikirlər formalaşdırmağa başlayıblar ki, məmurlar, icra başçıları bizneslə məşğul ola bilərlər. Hətta buna görə qanunda dəyişiklik də etmək istəyirdilər”.

Deputat qanuna belə bir dəyişiklik cəhdinin qəti əleyhinə olduğunu bildirib: "Bəzi insanlar qanuna bu dəyişikliyin qəbulunun tərəfdarı olsalar da, mən əleyhinəyəm. Hazırkı qanunla məmurlar, icra başçıları, Milli Məclisin deputatları biznes fəaliyyətilə məşğul ola bilməzlər. Mən də məhz bu qanunun tərəfdarıyam.

Kimlərsə yeni qanunla məmurlara bizneslə məşğul olmaq imkanı verilməsini istəyirlər. Mənim fikrimcə, biznes biznesdir, hökumət hökumət. Bunu birləşdirməyin yeri yoxdur”.

Vahid Əhmədov onu da vurğulayıb ki, hökumət adamı dövlətin işi, əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətin təmin edilməsilə məşğul olmalıdır: "Məmurun vəzifəsi budur. Eyni zamanda Azərbaycanda sahibkarlığın, biznesin inkişafı üçün şərait yaradılmalı, maneə törədilməməlidir. Bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər. Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir. Qanunu da elə çərçivədə qəbul etmək lazımdır ki, dövlətin mənafeyinə ziyan gətirməsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA