I Avropa Oyunlarına hazırlıq işləri davam edir - FOTOLAR

img

02-06-2015 [12:10]


Paytaxtımızda "Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri intensiv şəkildə davam edir

Mia.az xəbər verir ki, məhz bu məqsəd ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən müvafiq sərəncam verilmiş və tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına əsasən görülən işlər nəticəsində rayon ərazisindən keçən Dairəvi yol ətrafında geniş bir sahədə abadlıq işləri aparılaraq ərazidə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib. Yol kənarlarına Eldar şamı, zeytun, liandra, tuya və bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilib, süni ot örtüyü salınıb, landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılıb, dairəvi yolun ətrafında yerləşən evlərin fasadları boyanaraq dam örtükləri təmir edilib, istinad divarları çəkilib. Salınan yaşıllığın qorunması üçün suvarma sistemləri qurularaq mütəmadi iməcliklər keçirilir. 

Bundan başqa "Bakı Avropa Oyunları 2015"in loqosu, Avropa Oyunlarında keçiriləcək idman yarışlarının şəkilləri rayon ərazisinə giriş hissədən yerləşdirilib.

Bu sahədə, eləcə də rayonun digər ərazilərində də görülən abadlıq-quruculuq işləri davam etdirilməkdədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA