01-06-2015 [17:33]
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
Bu günlərdə Türk Dünyası Jurnalistləri Federasiyasının Tatarıstanın paytaxtı Kazanda keçirilmiş II qurultayında iştirak etdim. Səfər maraqlı təəssüratlarla yadda qaldı. Ancaq bu yazım tam mənada təəssürat zənginliyindən qaynaqlanmır. İndi deyəcəklərimlə bağlı əvvəllər də xeyli düşünmüşəm. Sadəcə Kazanda gördüklərim müşahidələrimi qələmə almaq üçün bir növ, səbəb oldu və Tatarıstanın timsalında türk dünyası ilə bağlı real birləşdirici faktorun nədən ibarət olmasına dair qənaətim formalaşdı.
Ondan başlayım ki, son illər türk xalqlarının və toplumlarının media nümayəndələrinin bir araya gəldikləri təşkilatların sayı artmaqdadır. Müvafiq olaraq onların düzənlədikləri toplantılar da çoxalıb. Yaxın keçmişimizə nəzər salsaq, görərik ki, ilk belə tədbir Azərbaycan və Türkiyə jurnalistlərinin təşəbbüsü ilə gerçəkləşib. Hazırda hər iki ölkənin media nümayəndələrinin əməkdaşlığı dərinləşərək ümumtürk miqyası alıb.
Bir qədər təfsilatı ilə deyim ki, 2006 və 2008-ci illərdə Bakıda «Azərbaycan və Türkiyə mediası: bənzərliklər və müxtəlifliklər» mövzusunda konfranslar baş tutdu. Sonradan toplantı iştirakçılarının birgə səyləri ilə Türkdilli Ölkələrin və Toplumların Media Forumlarının təşkilinə start verildi. Bu mənada 2011-ci ildə Türkiyədə baş tutmuş forum ilk idisə, 2012-ci ilin Bakı forumu Ankarada əsası qoyulmuş Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin daha geniş spektri əhatə etməsi baxımından əlamətdar oldu. Əlbəttə, Qırğızıstanda və Şimali Kiprdə keçirilmiş III və IV forumlar da iştirakçıların say tərkibinin genişliyi baxımdan fərqləndi.
Türk dünyası böyük areala malikdir. Mövcud məkanda bir deyil, çoxsaylı jurnalist birliklərinin olması vacibdir və mümkün qədər onların hər birinin düzənlədikləri toplantılarda iştirak edirik. Yeni insanlarla tanış oluruq, informasiya mübadiləsi nöqteyi-nəzərdən tərəfdaşlar qazanırıq. Sırf Azərbaycanın mövqeyi baxımdan dəyərləndirsək, belə toplantıların ölkəmizin dünyaya tanıdılmasında müstəsna rolu var. Ortaq türk dəyərlərimizin digər xalqlara çatdırılması da əhəmiyyətlidir. Hesab edirəm ki, istər forumlar, istərsə də digər formatlı tədbirlər bu istiqamətdə mühüm missiya daşımaqdadır.
Gəldiyim daha bir qənaət də bundan ibarətdir ki, türk dünyasının media qurumlarının birliyini nəzərdə tutan təşkilatların toplantıları müəyyən mənada sanki ilk dəfə baş tutmuş tədbiri xatırladır. Yığıncaqlarda demək olar, eyni məsələlər gündəmə gətirilir. Bəzən elə təəssürat yaranır ki, ötən müddətdə irəliyə doğru ciddi addım atılmayıb.
Təbii, türk xalqlarının heç də hamısı müstəqilliyə malik deyillər. Müxtəlif dövlətlərin tərkibindədirlər və onları təmsil edən media nümayəndələrinin də mövcud məqamı nəzərə almaları mütləqdir. Digər tərəfdən, zaman-zaman müxtəlif ictimai-siyasi formasiyalarda yaşamış bu xalqların düşüncə və təfəkkür tərzindəki fərqlilikləri də vurğulamaq lazımdır.
Məsələyə bir qədər geniş yaşansaq, türk dövlətləri və xalqları ilə bağlı təşkilatların formalaşmasının özü ayrıca proses kimi heç də adi məsələ deyil. Təsadüfi deyil ki, türk birliyi ideyasının qlobal inteqrasiyasının Avropa Birliyi modelinə alternativliyi üzərində dayanılır və tarix, dil, din, adət-ənənə yaxınlığına söykənmiş böyük toplumun dünyadakı yeri və roluna dair müzakirələr artan müstəviyə qədəm qoymaqdadır. Həm Azərbaycanda, həm də Türkiyədə məsələ kifayət qədər aydın dərk edilir. Hər iki dövlət yaradılmış təşkilatların, xüsusən də media quruluşlarının əhəmiyyətini gündəmdə saxlayır. Hesab edirəm ki, zaman keçdikcə belə təşkilatların təsir dairəsinin daha da genişlənməsinin şahidi olacağıq. Əlbəttə, bunun üçün nəyəsə əsaslanmaq mütləqdir.
Səfərimin təəssürat zənginliyinin mənbəyi olan Kazan mənə türk dünyası birliyinin real müstəviyə qədəm qoyması üçün mütləq əsası verdi. Bu barədə düşünərkən yadıma saldım ki, şəhər hələ keçmiş SSRİ dönəmində Volqoboyunun gözü kimi xarakterizə edilirdi. Tatarların sabiq imperiya tərkibindəki digər xalqlardan fərqliliklərini də xatırladım. Onu da fikirləşdim ki, türk-müsəlman milli kimliyinin qorunub saxlanması baxımından onları nümunə göstərmək mümkündür. Axı hələ Çar Rusiyası dövründə ilk müsəlman mətbəəsi 1800-cü ildə məhz Kazanda yaradılmışdı. Rusiyada şərqşünaslığın banisi olan dahi mütəfəkkir və alimimiz Mirzə Kazım bəyin həyat və yaradıcılığının əhəmiyyətli hissəsi də məhz Kazanla bağlı olmuşdu (yeri gəlmişkən, səfər müddətində Mirzə Kazım bəyin Kazan Universitetinin həyətindəki barelyefinin açılışına da qatıldım). Qədim zamanlara diqqət yetirdikdə isə, bu ərazidəki insanların hələ 922-ci ildə müsəlmanlığı qəbul etdiklərini söyləmək mümkündür.
Kazan bu gün də Rusiyanın böyük mədəniyyət mərkəzlərindəndir və nümunəviliyini qorumaqdadır. Şəhər nəhəng ölkənin Moskva və Sankt-Peterburqdan sonra üçüncü paytaxtı sayılır. Tatarıstan müasir dövrdə dövlət içərisindəki dövlətin ən ünikal modeli kimi qiymətləndirilir. Bu modeldə başlıca xüsusiyyət dil faktorudur. Dil məsələsindən danışarkən, adətən türk dünyası ilə bağlı media qurumlarının toplantılarında iştirakçıların əsasən rusca danışdıqlarını vurğulamayılam. Bu mənada Kazandakı qurultayın tamam fərqli ab-havada keçdiyi diqqətimdən yayınmadı. Yazımın əvvəlində qeyd etdiyim türk dünyası ilə bağlı real birləşdirici faktorun nədən ibarət olmasına dair qənaətim də məhz mövcud kontekstdə formalaşdı.
Kazan toplantısında yerli iştirakçıların mütləq əksəriyyəti ana dillərində - tatar türkcəsində çıxış etdi. Müəyyən sözləri başa düşməkdə çətinliklər yaransa da, hər kəsin bir-birini anlamaq istəyi vardı. Sanki hamı qədim türk yurdu olan Kazanda öz dilində söz açmağa can atırdı. Ümumən yerlilərin Kazan küçələrində, universitetlərində tatar türkcəsindəki danışmaq əzmi, müstəqil respublikamızın paytaxtı olan Bakının küçələrində Azərbaycan türkcəsində danışmaq istəyindən heç də geri qalmırdı. Etiraf edək ki, bu mənzərə suverenliyinə qovuşmuş bütün türk dövlətləri üçün xarakterik deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi