01-06-2015 [12:06]
Azərbaycanın Los Ancelesdəki Baş KonsulluğuRespublika Günü ilə əlaqədar təntənəli tədbir keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a daxil olan məlumata görə, səkkiz yüz nəfərə qədər qonağın iştirak etdiyi tədbir bir çox maraqlı məqamları ilə yadda qalıb. Belə ki, bayram tədbiri "Tolerantlıq və Dinlərarası Harmoniyanın Musiqili Bayramı" devizi altında Los Ancelesin ən qədim kilsələrindən biri olan "İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi"ndə keçirilib.
Qeyd edək ki, "İsa Məsihin Sonuncu Gün Müqəddəsləri" dini cərəyanı ABŞ-ın ən nüfuzlu dini cərəyanlarından biridir.
Tədbirdə bir sıra ölkələrin baş konsulları, müxtəlif dini icmaların rəhbərləri, Los Anceles vilayət və şəhər rəsmiləri, elm və mədəniyyət xadimləri, diaspora üzvləri və digərləri iştirak edbilər.
Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, belə bir mənalı və tarixi önəm daşıyan tədbirə evsahibliyi etdiyinə görə "İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi"nə öz təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, 1918-ci ildə yaradımış Azərbaycan Xalq Cümhuriyyəti də məhz Azərbaycan xalqının qədim tolerantlıq ənənələrinə söykənərək, heç bir ayrıseçkilik qoymadan müxtəlif dini və etnik azlıqların təmsil olunduğu parlament və hökumət formalaşdırmış, tam dini etiqad azadlığını təmin etmişdi.
N.Ağayev bildirib ki, bu gün Prezident İlham Əliyevin müdrik rəbərliyi altında Azərbaycan bu tolerantlıq ənənələrini uğurla davam etdirir və respublikamızda bütün dini icmaların dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşamaları üçün hər cür şərait yaradılıb. Baş konsul vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində dini ixtilafların baş qaldırdığı bir dövrdə Azərbaycanın nümayiş etdirdiyi uğurlu tolerantlıq modeli bütün dünya üçün gözəl bir örnəkdir.
Daha sonra baş konsul, Respublika Günü ilə əlaqədar Nevada, Nyu Meksiko, Havay və Arizona ştatlarının qubernatorları, Los Anceles də daxil olmaqla Kaliforniyanın 10 şəhəri tərəfindən qəbul edilmiş, həmin ştat və şəhərlərdə 28 mayın "Azərbaycan Milli Günü”nün elan edilməsinə dair bəyannamələri, həmçinin bu məqsədlə Baş Konsulluğa ünvanlanmış təbrik məktublarını qonaqların diqqətinə çatdırıb. Sonra 10 milyonluq Los Anceles Vilayətinin İdarə Heyəti adından Respublika Günü münasibətilə qəbul edilmiş təbrik bəyannaməsi baş konsula təqdim olunub.
Növbəti çxış üçün söz "İsa Məsihin Sonuncu Gün Müqəddəsləri" dini cərəyanının Los Anceles Nümayəndəliyinin rəhbəri Stiven Rada verilib. S.Rad müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanın öz sevimli milli gününü kilsədə müxtəlif etiqadlara mənsub insanlarla birgə keçirməsinin olduqca önəmli hadisə olduğunu bildirərək, belə addımların dünya xalqları arasında dostluğa və qarşılıqlı ehtirama böyük töhfə verdiyini qeyd edib.
Daha sonra Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu Sinay Sinaqoqunun idarə heyətinin üzvü, Los Anceles yəhudi icmasının tanınmış üzvü Keri Lerman çıxış edib. O, hazırda çətin sınaqlarla üzləşən bəşəriyyət üçün Azərbaycanın öz milli-mədəni dəyərləri və ənənələri ilə nümunəvi bir model təşkil etdiyini bildirib. K.Lerman qısa müddət əvvəl Azərbaycanda səfərdə olduğunu qeyd edərək, ölkəmizin sürətli inkişafının, xüsusilə qədim tolerantlıq ənənələrinin gündən-günə daha da güclənməsinin əyani şahidi olduğunu vurğulayıb. Digər icmalar kimi yəhudilərin də əsrlər boyu Azərbaycanda hər hansı təqibə və ya ayrıseçkiliyə məruz qalmadan yaşadığını bildirən K.Lerman Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş dağ yəhudisi Albert Aqarunova Milli Qəhrəman adının verilməsinin və onun xatirəsinin daim ölkəmizdə əziz tutulmasının olduqca ibrətamiz bir hadisə olduğunu qeyd edib.
Tədbir sonra konsert proqramı ilə davam edib. Tanınmış azərbaycanlı orqan ifaçısı, Texas Universitetinin professoru Cəmilə Cavadova, türk opera müğənnisi Oya Ergün və pianoçu Cem Oslu tərəfindən Azərbaycan və Avropa klassik bəstəkarlarının əsərlərinin ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Sonda tamaşaçılar Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq ediliblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi