İcra başçısı dedi, Saleh Məmmədov rədd elədi - Sahibkar şikayət yazdı

img

01-06-2015 [11:15]


Ucar rayonu Gəraybəyli kəndi sakini Cəbrayılova Gültəkin İnşallah qızı Prezident İlham Əliyev başda olmaqla, bəzi dövlət qurumlarının rəhbərlərinə şikayət məktub ünvanlayıb.

Mia.az-a daxil olan məktubda şikayətçi yazır ki, "Azəryolservis" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektlərini bağlayıb, ailələrini işsiz qoyub. Məqsəd isə mülkiyyətlərini əllərindən almaqdır:

"Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar, yolun Ucar rayon ərazisindən keçən hissəsində aparılan işlərə görə bizə məxsus yük avtomaşınlarının təmiri sexinin fəaliyyəti qanunsuz olaraq dayandırılıb. Bütün sənədlərimizin qaydasında olmasına baxmayaraq, "Azəryolservis" sexə gedən yolumuzu 1 ildir bağlayıb".

Şikayətçi bildirir ki, 1995-ci il tarixdə mərhum həyat yoldaşı Cəbrayılov Məhəmmədəli Şirxan oğlu torpaq sahəsi alaraq, qanunu qaydada sex tikdirib: "Həyat yoldaşım və oğlanlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular. Buna görə vaxtlı-vaxtında dövlətə vergi ödəyirdik. 2011-ci il tarixdə həyat yoldaşım böyrək xəstəliyindən dünyasını dəyişdi. Bu sex 8 nəfərlik  ailənin yeganə dolanışıq mənbəyi olsa da, "Azəryolservis" ASC-nin rəhbərliyi buna da əjəmiyyət vermir. Halal qanunu mülkiyyətimizi əlimizdən alırlar. Bu problemə görə Ucar Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub, şikayətimizi etdik. İcra başçısının tapşırığından sonra "Azəryolservis" ASC-nin  Azər adl məsul əməkdaşı gəlDİ. O, bizə 17.000 manat kompensasiya təklif etdi və bildirdi ki, tikinti başa çatdıqdan sonra işinizi davam etdirib, sexinizin fəaliyyətini bərpa edərsiniz. Ancaq 31 may 2015-ci il tarixdə Azəryolservis"in  Azər adl əməkdaşı bu vədin də üzərindən yayındı. Bu dəfə gəlib "Müdiriyyət deyir ki, onlara heç bir kompensasiya düşmür, bu yolu və körpünü dövlət çəkir, yol çəkiləndən və körpü tikiləndən sonra sexlərini açıb,  işləyərlər".  Ancaq magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün orada bundan sonra işləmək heç cürə mümkün olmayacaq. Ona görə ki, körpünün yamacı 2 metr hündürlükdə bizim sexin 4 metrliyindən keçir. Bu səbəbdən sexə nəniki yük maşınlarının daxil olması mümkünsüz olacaq. Bundan əlavə, hündür körpünün 4 metrliyində işləmək də çox təhlükəlidir. Hər an nəqliyyat hadisəsi baş verə bilər ki, buna görə kiminsə həyatını sığortalamaq mümkün deyil". 

Şikayətçi deyir ki, göstərilən səbəblərdən kompensasiya tələb edirlər: "Düzgün kompensasiyamızı versinlər, seximizi həm bir neçə metr arxaya çəkək, həm də yamacla sexin yolunun arasında olan hündürlüyü eyniləşdirib, əvvəlki kimi sahibkarlıq fəaliyyətimizi bərpa edə bilək. "Azəryolservis"  ASC isə bizə hədə -qorxu gəlir, mülkiyyətimizi əlimizdən tamam almaq istəyir.Baxmayaraq ki,  yol tikintisi zamanı vətəndaşlara dəymiş zərərin əvəzinin tam ödənilməsi qanunla təsbit olunub. Ancaq bu məmurlar vətəndaşları aldadıb, çörəksiz qoyurlar". 

Şikayətçi xanım sonda ölkə rəhbərliyindən və aidiyyatı oqranlardan məsələyə müdaxilə edib, problemlərinin həll edilməsinə kömək göstərilməsini xahiş ediblər. 

Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA