Məmurların bu villalarını sökməyə başladılar - VİDEO

img

31-05-2015 [13:16]


Səbail rayonu "Dostluq Parkı" adlanan ərazidə prezidentin göstərişi ilə sökülən dəbdəbəli villaların yerində yaşıllıqlar salınacaq

Artıq həmin ərazidə işlərə də başlanılıb.

70 yaşlı İmran İbadov 1962-ci ildən Səbail rayonu `Dostluq Parkı` adlanan ərazinin yaxınlığında yaşayır. Deyir ki, bu park başdan-ayağa yaşıllıq olub. Hazırda isə parkda yaşıllıqdan əsər-əlamət yoxdur. Ancaq park tezliklə əvvəlki vəziyyətinə qayıdacaq.

Prezidentin göstərişindən sonra "Dostluq Parkı" adlanan bu ərazidə qanunsuz tikilən bir neçə villa sökülüb. Artıq söküntü işləri də başa çatıb. Bu sökülən villaların yerində isə parkın əvvəlki vəziyyətini qaytarmaq məqsədilə yeni ağaclar əkiləcək yaşıllıqlar salınacaq. Bu məqsədlə də ərazidə birneçə texnika çalışır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülən dəbdəbəli villaların yerində sabah ağacəkmə aksiyası keçiriləcək.(xezerxeber.com)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA