Nazir Ramil Usubov polisə yeni gənclər seçdi

img

30-05-2015 [16:40]


Daxili işlər naziri, general polkovnik Ramil Usubov bu gün Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam,Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, baxışda gənclərin daxili işlər orqanlarında xidmət keçməsi üçün müraciətlərinə baxılıb, onlar müsabiqəyə cəlb olunublar.

Xatırladaq ki, kadrların seçilib yerləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin yüksəldilməsi məsələlərinin diqqət mərkəzində saxlanılması üçün xidmətə namizədlərin seçilməsi nazirliyin yüksək rütbəli əməkdaşları və şəxsən nazir Ramil Usubovun başçılığı altında keçirilir..

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA