Ziya Məmmədovun oğluna vəzifə verildi - Anar Məmmədov konsul oldu

img

30-05-2015 [12:09]


Azərbaycanın ən böyük şirkətlər qruplarından biri olan "Garant Holding”in təsisçisi, Azərbaycan Qolf Federasiyasının təsisçisi və prezidenti, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliği istiqamətində böyük işlər həyata keçirən Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov Makedoniya Respublikasının Azərbaycandakı fəxri konsulu təyin edilib

Bu barədə Makedoniya xarici işlər naziri Nikola Poposkinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova göndərdiyi məktubda bildirilir.

Nikola Poposki qeyd edir ki, A.Məmmədovun ölkəsinin Azərbaycandakı fəxri konsulu təyin edilməsi iki dövlət arasında iqtisadi, ictimai, mədəni əlaqələrin daha yüksək səviyyədə inkişafında mühüm rol oynayacaq.

"Bu məktubla cənab Anar Məmmədov fəxri konsul təyin edilir. Bu funksiyanın yerinə yetirilməsi və Azərbaycanla Makedoniya arasında mövcud əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün mən sizdən Anar Məmmədovun Makedoniyanın Azərbaycandakı fəxri konsulu səlahiyyətlərini yerinə yetirməsi üçün şərait yaratmağı, ona dəstək və yardım göstərməyi, həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan ərazisində bütün imtiyazları təqdim etməyi xahiş edirəm”, - deyə, Nikola Poposki Elmar Məmmədyarova ünvanladığı məktubda bildirib. (oxu.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA