"Belə ürəyin yanırsa, nazir qudana denən,..." - Deputatdan həmkarına sərt cavab

img

29-05-2015 [15:53]


Bu gün Milli Məclisdə millət vəkili Sabir Rüstəmxanlınin sözləri gündəmə damğa vuruv. O, deyib ki, Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası Gəncədən fəaliyyətə başlasa da, bu şəhərdə Rəsulzadənin büstünün başına çuval keçirilib: "Ona qarşı bu cür münasibət göstərmək olmaz”.

Gəncədən seçilən millət vəkili Musa Quliyev isə Sabir Rüstəmxanlını qərəzli olmaqda ittiham edib və onun fikirlərinin heç bir əsası olmadığını bildirib: "Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır, həqiqəti əks etdirmir. Abidənin olduğu parkda təmir işləri gedir, həmin abidə də keyfiyyətsizdir. Abidənin təmir işləri ilə bağlı işlər aparıldığı üçün üstü örtülüb".

M. Quliyev onu da xatırladıb ki, Rəsulzadənin heykəli olan park, Gəncə İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır: "O park baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib xahiş eləyib parkı təmir etdirsin. Gəncə İcra Hakimiyyətinin balansında "İstiqlal” parkı var və gözəl təmir olunub".

M. Quliyev S. Rüstəmxanlını "stəkanda fırtına yaratmaqda" da ittiham edib(Lent.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA