29-05-2015 [13:02]
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 12 ildən artıq əməkdaşlıq etdiyi İsveçin Moderat partiyası ilə 29-31 may 2015-ci il tarixlərində Bakıda birgə seminar keçirmək planında problem yaranıb.
Bu barədə Mia.az-a AMİP funksioneri Əli Orucov məlumat verib.
Müsahibimiz deyib ki, qeyd edilən tədbirlə bağlı bütün təşkilati və logistika işlər görülmüş, təyyarə biletləri alınmış, qonaqların qalacağı və tədbirin keçiriləcəyi məkanlar sifariş edilsə də, Azərbaycanın İsveçdəki səfirliyi qonaqlara viza verməkdən yayınıb:
"1 ay əvvəl AMİP sədrinin imzası ilə tədbirdə iştirak edəcək Moderat partiyasının 4 nümayəndəsinə viza alınması üçün dəvətnamə göndərilib. May ayının 11-də viza alınması üçün lazım olan bütün sənədlər həmin nümayəndələr tərəfindən Azərbaycanın Stokholmdakı səfirliyinə təqdim olunub. Mövcud qaydalara əsasən, səfirlik 10 gün ərzində müraciətlərə müsbət və ya mənfi cavab verməyə borcludur. Buna baxmayaraq, Bakıya uçuşun nəzərdə tutulduğu son günədək, yəni faktiki olaraq 18 gün müddətində Azərbaycanın Stokholmdakı səfirliyi tərəfindən təqdim olunmuş sənədlərə hər hansı bir cavab verilməyib. Son üç gün ərzində isə intensiv olaraq edilən müraciətlərə məsələ ilə əlaqədar problem olmadığı, yalnız Bakıdan təsdiq cavabi gözlədiklərini bildiriblər".
Əli Orucov bildirib ki, mayıb 26 və 27-də AMİP rəhbərliyi məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin məsul işçiləri, Nazirliyin qaynar xətti, Konsulluq idarəsinin rəhbər işçiləri, həmçinin Stokholmdakı səfirliyin nümayəndələri ilə danışıqlar aparıblar:
"Lakin edilən bütün cəhdlərə baxmayaraq, nazirlik rəsmiləri məsələni ötür-ötürə salmış, problemin həllinin kimdən asılı olması isə son anadək məchul qalmışdır. Bununla da, ən sonuncu gün belə mənfi və ya müsbət cavab verilməməklə müraciət edənlərə maddi və mənəvi ziyan vurulmaqla yanaşı, dünya təcrübəsində bu sahədə biabırçı bir ilkə imza atıldır.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin və Azərbaycanın İsveçdəki səfirliyinin dövlətin və xaıqımızın adına utanc gətirən fəaliyyətlərinə etiraz olaraq bildirir ki, adıçəkilən qurumların qanunlara məhəl qoymaması və səriştəsizliyinin nəticəsində Azərbaycan dövətinin adına və nüfuzuna, onun xarici siyasətinə ciddi zərbə vurulub. Belə münasibət xüsusilə də, Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ərəfəsində ölkəyə daha cox əcnəbi qonaqların cəlb olunması siyasəti ilə ziddiyyət təşkil edir.
Azərbaycan Milli İstiqlal Partiyası XİN rəhbərliyindən tələb edir ki, ölkənin işgüzar nüfuzuna kölgə salan belə hadisənin baş verməsinə görə məsuliyyət daşıyanların müəyyənləşdirilib cəzalandırılması ilə bağlı təcili və ciddi araşdırilma aparılsın".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi