29-05-2015 [12:25]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün Bakı Biznes Universitetində aktiv məşğulluq tədbiri keçirilib.
Mia.az xəbər verir ki, tədbirin acılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Bakı Biznes Universitetinin rəhbərliyi iştirak ediblər.
S.Müslümov əhalinin səmərəli məşğulluğunun təminatının Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Nazir bildirib ki, respublikamızda 2004-cü ildən bəri icra olunan mühüm dövlət proqramları 1 milyon 360 min, cari ilin ilk rübündə isə 30 minədək yeni iş yerinin açılmasına, ölkədə məşğulluq səviyyəsinin xeyli yüksəlməsinə, işsizliyin 4,9 faizə enməsinə səbəb olub. "Bu, dünyanın digər ölkələri ilə müqayisədə ən aşağı göstəricilərdən biridir”.
S.Müslümov Azərbaycanın həmçinin gənclər arasında aşağı işsizlik həddi ilə seçilən ölkələrdən biri olduğunu qeyd edib: «Ölkəmizdə 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,9 faiz, 15-24 yaş arasında isə 13,5 faizdir ki, bu da dünyanın digər ölkələrində, hətta bir sıra inkişaf etmiş dövlətlərindəki göstəricilərlə müqayisədə aşağıdır. Təsadüfi deyil ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında gənclərin səmərəli məşğulluğu sahəsində yetkin hüquqi bazaya və uğurlu iş təcrübəsinə malik 41 ölkə sırasına daxil edilib».
S.Müslümov «Karyerada ilk addım» devizi altında keçirilən bu aktiv məşğulluq tədbirlərində əsas məqsədin tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi, onların əmək bazarı, yiyələndikləri ixtisaslara əmək bazarında olan tələbat barədə məlumatlandırılması, işəgötürənlərlə onlar arasında ilkin ünsiyyətin yaradılması olduğunu bildirib:
«Eyni zamanda, bu tədbir işəgötürənlərə də gələcəkdə ixtisaslı kadr seçimini aparmaq imkanı yaradır. Bununla yanaşı, ali təhsil müəssisəsini bitirmək ərəfəsində olanlar, yaxud artıq məzun olmuş gənclər üçün burada boş (vakant) iş yerləri təqdim olunur, eləcə də məzunlar üçün əlavə peşə təhsilinə cəlb olunmaq imkanları yaradılır. Digər vasitələrlə də gənclərin əmək bazarına çıxışı dəstəklənir”.
S.Müslümov və Bakı Biznes Universitetinin rəhbərliyi tədbirin təşkilatı vəziyyətini nəzərdən keçirib, tələbə və məzunların bu aktiv məşğulluq tədbirləri ilə bağlı rəy və təkliflərini öyrəniblər.
Aktiv məşğulluq tədbirində 62 müəssisə üzrə 400-dən artıq boş (vakant) iş yeri təqdim olunub. Tədbir zamanı boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, universitetin məzunu olmuş ayrı-ayrı şəxslərin istəklərinə əsasən mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə əlavə təhsil kurslarına cəlb olunmaq üçün qeydiyyatı aparılıb. Eləcə də yay mövsümündə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər Əmək Birjası tərəfindən qeydiyyata götürülüb. Tələbə və məzunlar işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi