27-05-2015 [12:01]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Nadir şah Əfşar: Diplomatik yazışmalar” kitabının təqdimatı olub.
AzVision.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tariximizin ilkin mənbədən öyrənilməsi baxımından kitabın əhəmiyyətindən danışıb, əsəri tarixinin təəssübünü çəkən, millətini sevən müəllifin yaratdığı mükəmməl sənət abidəsi kimi dəyərləndirib:
"Akademik Ramiz Mehdiyevin "Nadir şah Əfşar: Diplomatik yazışmalar" kitabı türk mənşəli hökmdarın öyrənilməsi baxımından mühüm mənbədir. Bu kitabda Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi faktı qeyd olunub və məhz bu hadisədən sonra Azərbaycan torpaqlarının parçalanması sürətlənib".
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Nadir şah Əfşar: Diplomatik yazışmalar” kitabı haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Nadir şah Əfşarla bağlı bu günə qədər müxtəlif fikirlər mövcud olub:
"Xüsusən də erməni müəlliflərin saxtalaşdırmağa çalışdığı, şəxsiyyətinə kölgə salmaq istədikləri bu müəllifin yenidən öyrənilməsi əhəmiyyətli addımdır. Bu kitab əks fikirlərə sənədlər əsasında cavab verən obyektiv bir əsərdir. "Hökmdarın portreti" əsərində olduği kimi Ramiz müəllim bu kitabda da Nadir şahın əsaslandırılmış portetini yarada bilib və ilk dəfə olaraq onun rəsmi tərcümeyi halı öz əksini tapıb.
Nadir şahın mənşəyi ilə də bağlı müxtəlif fikirlər olub onun türk olduğu açıq etiraf olunmayıb. Ramiz müəllim isə bu kitabda ilk dəfə sənədlər əsasında Əfşarların türk olduğunu sübut edib ki, bu da tarixçilər üçün töfhədir".
Tədbir iştirakçılarına akademik Ramiz Mehdiyevin təşəkkürünü çatdıran Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov kitabın əhəmiyyətindən danışıb. O, qeyd edib ki, nəşrdə Nadir şahın yazışmalarının Azərbaycan dilinə tərcümə olunması xüsusi əhəmiyyət kəsb edir.
"Bu tədqiqat Nadir şah Əfşar haqqında həqiqətlərin ortaya çıxmasına zəmin yaradacaq. Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar və digərləri haqqında stereotipləri dağıtmaq zəruri idi. Bu insanların Azərbaycan dövlətçiliyi ilə bağlı xidmətlərini kiçiltmək cəhdləri var, onları İran şahlar kimi təqdim etməyə çalışırlar. Araşdırmalar aparmaq üçün ilkin mənbələrin yazıldığı dili bilmək lazımdır, yoxsa dəyərli əsər ortaya qoymaq mümkün deyil. Azərbaycan mənbəşünaslığında böyük boşluqlar var. AMEA-da böyük mütəxəssislər var, inanıram ki, bu sahədə daha böyük tədqiqatlar aparılacaq”.
Tarixçi alim Yaqub Mahmudov da kitabın Azərbaycan tarixi sahəsindəki araşdırmalar sırasında mühüm yer tutduğunu qeyd edib və tarixi şəxsiyyətlərə belə layiqli münasibətin göstərilməsinin vacibliyini vurğulayıb: "Bizim dövlətçilik mədəniyyətimiz var və zəhmət çəkib buna sahib çıxmalıyıq. Biz imperiya yaratmış xalqıq və dövlətçilik ənənəmiz var. Biz heç kimdən vaxtilə yaratdığımız imperiyaya daxil olan torpaqları istəmirik, sadəcə bilinməlidir ki, bizim dövlətçilik ənənəmiz var. Nadir şah öz hakimiyyəti dövründə həm şiəliyi, həm də sünniliyi müdafiə edən mollaları cəzalandırıbç ölkədə vahid dini sistem yaradıb".
AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib ki, İran tarixşünaslığında Nadir şah Əfşar barədə 23 kitab və monoqrafiya dərc olunub: "Müasir İran tarixşünaslığında Nadir şah Əfşarla bağlı yeni tədqiqatlar aparılmaqdadır. İran tarixşünaslığında Nadir şah Əfşara iki baxış var. Birincisi, İran dövlətçiliyini xilas edən xilaskar kimi əfsanələşdirilir, ikinci baxışda isə ömrünün sonlarında tətbiq etdiyi sərt cəzalara görə pislənir.
Türk birliyi ideyasının daşıyıcısı olan Nadir şah Əfşar Azərbaycan dövlətçilik tarixində mühüm rol oynayıb. Tarix boyu Nadir şah Əfşar imperiyası İran imperiyası kimi təqdim olunur, Nadir şahın mənsubiyyəti inkar olunmasa da, İran dövlətçiliyinə xidmət etdiyi vurğulanır. İranda islam inqilabından sonra bu ölkədə azərbaycanlılar Nadir şah Əfşar və onun mübarizəsi barədə həqiqətlərlə bağlı elmi məqalələr, araşdırmalarla çıxış edirlər. Nadir şah Əfşar əsrlər boyu islam aləmini parçalayan sünni-şiə məzhəbi ilə bağlı məsələnin həllinə də çalışıb”.
Digər çıxış edənlər də tariximizin qaranlıq səhifələrinə işıq salan kitabın böyük əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd olunub ki, müəllif Nadir şah Əfşarı XVIII əsrin ən qüdrətli hökmdarlarından biri, görkəmli dövlət xadimi və mahir sərkərdə kimi səciyyələndirir, fikrini çoxsaylı mənbələrə istinad etməklə əsaslandırır.
Fatimə Kərimli
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi