26-05-2015 [12:06]
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "e-Learning və e-Research modelinin öyrənilməsi üzrə maarifləndirmə təlimlərinin təşkili” layihəsi çərçivəsində 13-23 may 2015-ci il tarixlərində İsmayıllı, Qəbələ və Şəkidə orta məktəbin yuxarı sinif şagirdləri və müəllimlər üçün maarifləndirmə təlimləri keçirmişdir.
Layihənin kordinatoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədindən söhbət açdı. O, məruzəsi zamanı bildirdi ki, təlimlərdə müəllimlər, tələbələr, 10-11-ci sinif şagirdləri inkişaf etmiş dünya ölkələrində tətbiq olunan e-research və e-learning modeli və bu modelin metod və üsulları, həyata keçirilmə vasitələri, uğurlu praktikalar, e-Learningin üstünlükləri, e-Learning, e-Research mərkəzləri, eyni zamanda e-Learning və e-Research-in effektif tətbiq edilməsində İKT platformaları - kompüter proqramları haqqında bilik və informasiyalara yiyələnəcək və nəticədə ümumilikdə rayonda 90 nəfər təlim iştirakçısı gələcəkdə e-təhsil və e-araşdırmanı yayacaq təbliğatçılar olaraq hazırlanacaq və beləliklə bu sahədə yeni bir təcrübənin əsası qoyulacaq.
Layihənin korodinatoru həmçinin bildirdi ki, rayonlardada keçirilən təlimlərin əsas hədəflərindən biri də təbliğat şəbəkəsinin qurulması, maarifçilik fəaliyyətinin genişləndirilməsi, şagird və müəllimlər üçün e-learning və e-research modelinin vacibliyini təlim iştirakçılarına çatdırmaqdan ibarətdir. Müasir dünyada insan kapitalının inkişafı məsələsi artıq böyük bir aktuallıq kəsb edir və bu məsələ ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə dəstəklənir. Azərbaycan Prezidenti elm və təhsillə bağlı öz çıxışlarının birində bildirmişdir: «Hər bir ölkənin normal inkişafı üçün ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq". İstedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması məsələsi Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında xüsusi yer tutur.
Layihənin eksperti fəlsəfə doktoru Ruslan Rəhimli təlim çərçivəsində iştirakçılara ə e-Learning və e-Research metodlarının müasir dünyanın istifadə etdiyi innovativ vasitə olması və Azərbaycan təhsil müəssisələri, Tədqiqat İnstitutları üçün vacibliyini nəzərə alaraq bu modellərin üstünlükləri və səmərəliliyi, həyata keçirilmə vasitələri, üsulları, dünya ölkələrindəki uğurlu praktikalar, Avropanın inkişaf etmiş e-Learning, e-Research mərkəzləri haqqında iştirakçılara ətraflı bilik və informasiyalar verdi. Bundan başqa, tədbir müddətində e-Learning və e-Research modelinin ölkə üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyi, təhsil sisteminə tətbiqi yolları, iqtisadi səmərəliliyi mövzusuna toxunuldu.
Təlim qarşılıqlı diskussiyalar şəraitində həyata keçirildi, iştirakçıların sualları cavablandırıldı, təkliflər qeydə alındı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi