25-05-2015 [16:26]
"Röya Ayxan tutularaq Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə aparılmalı və əməlinə görə cavab verməlidir”.
Bunu AzVision.az-a açıqlamasında tanınmış vəkil Adəm Məmmədov deyib. O, məşhur müğənninin sosial şəbəkələrdə yayılan videosunun qanunvericiliyi pozduğunu söyləyib. A.Məmmədov Röya Ayxanın bu əməlinə görə ölkənin ən böyük güc strukturlarının rəhbərlərinə müraciət edib.
"Röya Ayxan məşhur müğənnidir. Amma hər kəs qanun qarşısında bərabərdir. Yayılan həmin video qanunsuz və gizli yolla çəkilib. Çəkilişdə iştirak edən iki şəxs çox güman ki, Röya xanımın adamlarıdır. Təhqir edilən oğlan çəkiliş meydanına gətirilən zaman çoxlu qanunsuz hərəkətlərə yol verilib. Söyüşlərin söyülməsi ilə də xeyli qanunsuz əməllərə yol verilib”.
Vəkil Röya Ayxanın cəzalandırılması üçün daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edib.
"Vətəndaşı söyüşləri özünə qaytarması üçün məcbur etmək və gizli video çəkmək Azərbaycan Respublikasının Konstitusiyasına böyük bir hörmətsizlikdir. Mən bu hərəkətlə bağlı Daxili işlər naziri cənab Ramil Usubov və Baş porkuror Zakir Qaralova müraciət edirəm. Bu elə-belə çəkiliş deyil. Həmin şəxs tanınmış adamdır. Onun belə bir hərəkətə yol verməsi Konstitusiyamıza xələl gətirir.
Xahişim ondan ibarətdir ki, Röya Ayxan və çəkilişdə iştirak edən digər şəxslər tutularaq DİN-nin müvafiq orqanlarına gətirilsinlər. Və onların bu gəlişləri kütləvi informasiya vasitələrində işıqlandırılısın.
İstintaq Röya xanımın əməlində hansı cinayət əməlinin olduğunu müəyyən etməlidir. Onun bu əməli cinayət məsuliyyəti yarada bilər”.
Qeyd edək ki, Röya Ayxanın "İnstagram”da onu təhqir etmiş şəxsə qarşı gördüyü tədbirin sosial şəbəkələrdə videosu yayılıb. Xanım müğənni İnstagram səhifəsində Elnur adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Daha sonra müğənni yazıb ki, polisə müraciət edib və həmin şəxsi tapıb: Müğənni həmin şəxslə görüşərək onun məlum davranışını sorğulayıb.
Röya Elnurla görüşə tək getməyib, ətrafında iki nəfər də şəxsi səhifəsində paylaşan Röya Ayxan bu sözləri yazıb:
"Mənim əzizlərim, İnstagram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi? Kim hansı qiyməti istəyir, onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən? Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi "......”. Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq!”.
Hafiz Əhmədov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi