Azərbaycanda doqquz obyekti bağladılar

img

25-05-2015 [14:53]



Azərbaycanda keyfiyyətsiz məhsullar istehsal edən sahibkarlar cərimələndi.

ANS PRESS-in Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən aprel ayı ərzində 51 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Cəzalandırılan sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edənlərdir.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 277, mikrobioloji göstəricilərinə görə 200, toksikoloji göstəricilərinə görə 6 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 925 yaxma, 12 soyuq qəlyanaltı nümunələri götürülmüş, 8 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Aprel ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş vermiş, 63 nəfər zərərçəkən olmuşdur. O cümlədən 1 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olub.

Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA