ABB-nin Müşahidə Şurasının üzvü istintaqa cəlb olunub? - Açıqlama

img

23-05-2015 [14:54]


"Məni nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar, nə də saxlayıblar".

"Bank Technique”nin Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib.
 
Rauf Ağayev "APA-Economics”ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edildiyi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Bu xəbərin heç bir əsası yoxdur. Məni nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar, nə də saxlayıblar. Hazırda məzuniyyətdəyəm, Bakıdayam”.

 Rauf Ağayev

R. Ağayev "Bank Technique”nin Xəzər filialının direktoru Fərid Məmmədovun tutulması barədə isə məlumata malik olmadığını qeyd edib.    
 
Əlavə edək ki, F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA