15 minlik telefonu olan icra başçsı - FOTO

img

22-05-2015 [13:37]



4 gün əvvəl Binəqədidə baş verən faciəli yanğın diqqəti sözügedən rayonun icra başçısına yönəldib. Çünki məhz Xaləddin İsgəndərovun Binəqədiyə başçı təyinatından sonra bur rayonda məlum üzlüklərın vurulması genişlənib. 

Ancaq bu gün icra başçısı müsahibə verib və yanmağa meylli üzlüklərin vurulmasına görə suçu üzərindən atır, günahı Fövqəladə hallar naziri Kəmaləddin Heydərova "yükləyib". İcra başçısının bu ittihamı ilə bağlı dəqiqləşdirmələrimiz vəəlavə yazımız olacaq. 

Hələlik isə diqqətçil oxucular kimi, bizə də maraqlıdır, danışanda "Mələk" olduğunu göstərməyə çalışan və dövlət vəzifəsində işləyən, aylıq maaşı 1000 manatdan yuxarı olmayan Xaləddin İsgəndərov 15 min manatlıq "Vertu" markalı telefonu hansı pulla alıb? Əlbəttə, bu X.İsgəndərov və yaxın ətrafı üçün çox kiçik görünə bilər, amma şəffaflıq tələb edən millət üçün bu suala verilən cavab maraqlıdır...

Mia.az xəbər verir ki, icra başçısının "Vertu" sahibi olması haqda sosial şəbəkədə fotolar yayılıb, müxtəlif şərhlər də verilib..



Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA