“Şərurlu İsfəndiyar” istintaqa cəlb olunub? - İş adamı danışdı

img

21-05-2015 [18:56]


Kredit qalmaqalına görə daha bir oliqarx həbs olunması haqda yeni iddia yayılıb.

Hüquq-mühafizə orqanlarındakı virtualaz.org saytına verilən məlumata görə, "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin ("Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

Adıçəkilən saytın iddiasına görə, "Şərur” MTK şirkətinin sahibi olan biznesmen artıq 5 gündür ki, "Bandotdel”in təcridxanasında saxlanılır: "İlkin məlumata görə, həbsdəki digər biznesmenlər kimi, iş adamı da banklardan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İ.Axundovun banklara 100 milyon dollara qədər borcunun olduğu deyilir".

****

Musavat.com-un əməkdaşı İsfəndiyar Axundovun mobil telefonuna zəng edərək ondan yayılan xəbərə münasibət öyrənib. İş adamı bildirib ki, həbs edilməsi haqda məlumat doğru deyil: "Hazırda bağdayam, istirahət edirəm, həbsim və yaxud istintaqa çağırılmağımla bağlı xəbərlər də yalandan başqa bir şey deyil." 

"Siz iş adamı kimi Beynəlxalq Bankla əməkdaşlıq etmisinizmi, həmin bankdan kredit götürmüsünüzmü" sualına iş adamı belə cavab verib: "Nəinki Beynəlxalq Banka, ümumiyyətlə heç bir banka borcum yoxdur". 


İsfəndiyar Axundov

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA