Kütləvi həbslər oldu, məhkəmə bir neçə dəqiqəyə qərar verdi - İş adamları qandallandı

img

21-05-2015 [17:58]


Bu gün "Beynəlxalq Bank işi” ilə bağlı "Bandotdel”də saxlanılan bir qrup iş adamı haqda Nərimanov məhkəməsində həbs qətimkan tədbiri seçilib. 
 
Məhkəməyə gətirilən iş adamlarının adları gizli saxlanılıb. Hətta hakim belə prosesdən həmin dəqiqə xəbər tutub.
 
Məhkəmədən "Qafqazinfo”ya bildirilib ki, Baş Prokurorluğun verdiyi sanksiya əsasında bir neçə iş adamı günün ikinci yarısında məhkəməyə gətirilərək barələrində həbs qətimkan tədbiri seçilib. Proses isə bir neçə dəqiqə davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA