Binəqədi İcra Hakimiyyətinin şöbə müdiri həbs olundu

img

21-05-2015 [16:34]



Mayın 19-da Binəqədi rayonundan 15 nəfərin ölümü 61 nəfərin yarlanması ilə nəticələnən yanğınla bağlı yeni həbslər başlayıb.

Bir az bundan qabaq Binəqədi İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov həbs olunub. Həbsin səbəbi isə yanan bina ilə bağlı başladılmış cinayət işi ilə əlaqədar olduğu deyilir.

Yanan binaya penoplast vuran şirkətlə müqaviləni təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun bağladığı bildirilir. Məsələ ilə bağlı mənbəmizin bildirdiyinə görə yanan binaya penoplast vurulmamışdan öncə bina sakinləri Binəqədi Icra Hakimiyyətində olublar və icra başçısı Xaləddin İsgəndərovun qəbulundə olaraq üzlüklərin vurulmasına etiraz ediblər. Lakin həmin vaxt rayon icra başçısı Xaləddin İsgəndərov və təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov sakinləri otaqdan qovaraq "təxribat” yaratmaqda ittiham ediblər(pia.az).

Strateq.az xəbəri dəqiqləşdirmək üçün Binəqədi İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən  xəbərin doğru olduğu bildirilib:"Bəli, Ədalət Rəcəbov yanğınla bağlı saxlanılıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA