Nazir hakimləri topladı, İman Nağıyev vəzifə aldı - FOTO

img

21-05-2015 [13:36]




Bu gün Hakimlərin Seçki Komitəsinin yeni iclası keçirilib.

Mia.az Məhkəmə-Hüquq Şurasının saytına istinadən xəbər verir ki, yüksək məhkəmə hakimlərindən, habelə Şuranın aparatı, ədliyyə, prokurorluq, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas-alimdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin ilk iclası keçirilib. 

İclasda Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi barədə dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı əldə edilmiş mühüm nailiyyətləri vurğulayıb. 

İclasın ikinci hissəsində Hakimlərin Seçki Komitəsi təşkilati məsələlərə baxıb, Komitə üzvləri tərəfindən Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilib, hakimliyə namizədlərin seçimi ilə bağlı məsələlər müzakirə edilib. 

Mia.az xəbər verir ki, İ.Nağıyev bundan əvvəl də Hakimlərin Seçki Komitəsinin sədri idi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA