21-05-2015 [11:24]
Məlum olduğu kimi, Müsavat Partiyasının Məclis üzvü Məlahət Mürşüdlü partiyadan istefa verib. M.Mürşüdlü partiya rəhbərliyindən narazı olduğu üçün bu addımı atıb.
Onun ardınca isə daha bir qadın müsavatçı fəal partiyadan uzaqlaşıb. Dünən Müsavat Partiyasının Məclis üzvü Arifə Hüseynli partiyadan istefa verib. O, Müsavat rəhbərliyinin siyasətinə etiraz olaraq partiyadan istefa verdiyini bildirib. Xatırladaq ki, A.Hüseynli hazırda Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.
Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı məsələyə reaksiya verib. O bildirib ki, Ellada Məmmədli Müsavat üzvlərini partiyadan çıxaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşulmağa dəvət edib. O, Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiyadan xaric olunmasına münasibət bildirərək bu haqda qərarın Nizamnaməyə uyğun olduğunu söyləyib: "Ellada Məmmədlini Xətai rayon təşkilatı partiyadan çıxarıb. Əsas irad da bu olub ki, o, Nizamnamə pozuntusuna yol verib və bütün bunlar Ellada Məmmədlinin partiyada qalmasını qeyri-mümkün edib”.
N.Sadıqlı qeyd edib ki, partiyadan çıxarılmış insanların Müsavat rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlətməsi müsavatçılığa yaraşan hərəkət deyil: "Müsavatın üzvləri hazırda partiyada baş verənlərlə bağlı çox əsəbi və narahatdırlar. Mən özüm təsəvvür edə bilməzdim ki, özünə müsavatçı deyən insanlar bu cür mövqedən çıxış edə bilərlər. Təhqirlər və aşağılayıcı sözlərlə çıxış etmək müsavatçılığa yaraşmayan bir sifətdir. Bəlkə də kimin kim olmasının aydınlaşması yaxşı oldu. Mən sizi əmin edirəm ki, bu cür insanlar müsavatçı adını daşımağa layiq deyillər. Ona görə də onlar partiyadan xaric olunsa yaxşıdır”.
Məsələylə bağlı Mia.az-a açıqlama verən Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli N.Sadıqlının fikirlərinin əsassız olduğunu vurğulayıb: «Müsavatçılara damğa vurub qapı göstərənlərin özlərinin müsavatçı olmalarına şübhəm var. Kimdir müsavatçı? İllərini partiyaya vermiş, bütün məhrumiyyətlərə sinə gərmiş, işindən, yaxın ətrafından, qohum-əqrəbasından olmuş mübariz, fədakar insanlar yoxsa heç nəyindən məhrum olmayıb ,həm iqtidara həm müxalifətə yarınanlar, həm iqtidarda həm müxalifətdə vəzifə tutanlar? Yoxsa şəxsi çıxarları üçün qrup maraqlarından çıxış edənlər? Məncə, bu sual haqqında düşünməyə dəyər. Kimdir müsavatçı? Müsavata layiq olmayanların meyarı, deyəsən, indiki rəhbərliyin siyasi sifarişidir. Anlayıram, indiki mühitdə heç kim haqqı deyəni yanında görmək istəmir. O ki, qaldı Arif Hacılı. Onu dəqiq bilirəm Müsavat Partiyasını dağıdanları nə tarix, nə də Məhəmməd Əmin Rəsulzadə ruhu bağışlamayacaqdır».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi