21-05-2015 [11:52]
"Əslində Avropa Parlamenti "erməni soyqırımı”nı tanınması ilə iç üzünü açdı və göstərdi ki, bu adamlar nə Azərbaycanın, nə də Türkiyənin maraqları barədə düşünürlər. Yalnız ittiham etməyi düşünürlər və Ermənistanı da işğalçı dövlət kimi tanımaq fikrində deyillər. Belə bir vəziyyətdə Avropa İttifaqının Azərbaycana hər hansı fayda verəcəyini düşünmək yanlışlıq olardı. Ona görə də düşünürəm ki, bu, çox doğru qərardır”.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının Riqa sammitində iştirakdan imtina etməsini APA-ya şərh edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, prezident İlham Əliyev doğru və cəsarətli qərar verib və Azərbaycanın maraqları nəyi tələb edirsə, bu istiqamətdə addım atılmalıdır.
Politoloq Elman Nəsirov isə qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq xəttinə sadiqdir: "2007-ci il mayın 23-də qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyamızda da aydın şəkildə yazılıb ki, Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini avroatlantik məkana inteqrasiya xətti təşkil edir. Bu nöqteyi-nəzərdən Azərbaycanın Avropa İttifaqına münasibətdə atdığı addımlar, xüsusən enerji təhlükəsizliyi sahəsində Avropa ölkələri ilə əməkdaşlığı genişləndirmə xətti seçməsi, bu məsələdə Avropaya dəstək verməsi hər kəsə bəllidir. Amma çox təəssüf ki, bir çox hallarda bizim avropalı tərəfdaşlarımız Azərbaycanın atdığı bu addımları lazımi səviyyədə qiymətləndirmir, bir çox hallarda isə müəyyən tələblərin, xüsusilə ermənipərəst qüvvələrin mənafeyindən çıxış edərək qərəzli şəkildə Azərbaycana qarşı siyasət yeridirlər. Bu siyasət təəssüf ki, son zamanlar, Birinci Avropa Oyunları ərəfəsində daha da artıb, daha əcaib xarakter almağa başlayıb. Xüsusilə də mayın 12-də Avropa Parlamenti çərçivəsində aparılan dinləmələr zamanı Azərbaycan əleyhinə bəyanatların səslənməsi, orada anti-Azərbaycan ovqatının hökm sürməsi heç şübhəsiz ki, Azərbaycan ictimaiyyəti, ziyalıları və gəncləri tərəfindən qəbul edilə bilməz. Bu, heç bir halda ikitərəfli münasibətlərin ümumi ruhuna və perspektivlərinə xidmət edən addımlar deyil. Heç şübhəsiz ki, bunlar nəticə etibarilə Azərbaycanla Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərinə də çox ciddi maneə ola biləcək hallardır”.
E. Nəsirovun sözlərinə görə, Azərbaycan dövləti Avropa İttifaqı ilə əməkdaşlıqda hər zaman ölkənin milli maraqlarını önə çəkir: "Tək Avropa İttifaqı ilə deyil, hər bir dövlət və təşkilatla münasibətlərdə Azərbaycanın milli maraqları prioritetdir. Eyni zamanda Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq xəttindədir, bu prinsipə prioritet önəm verir. Hesab edirəm ki, bu halda Azərbaycan tərəfinin mayın 21-22-də "Şərq tərəfdaşlığı”nın Riqa samitində prezident səviyyəsində iştirakı məsələsinə toxunarkən bu reallıqları nəzərə almaq lazımdır. Avropa İttifaqının Azərbaycana münasibətdə yeritdiyi siyasətə adekvat olaraq Azərbaycan da öz xarici siyasət konturlarını müəyyən edir, Avropa İttifaqı ilə münasibətlərində növbəti konturlarını cızır. Azərbaycan Riqa sammitində iştirak edir, sadəcə, hansı səviyyədə iştirak etmək məsələsi var. Azərbaycan tərəfi də hansı səviyyədə iştirak məsələsində real situasiyaya qiymət verib və anoloji addım atmaqla cavab verib”.
Qeyri-Hökumət Təşkilatları Milli Forumunun prezidenti Rauf Zeyni dövlət başçısının mövqeyini dəstəklədiyini vurğulayıb. O deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Avropaya inteqrasiya yolunu tutduğunu bəyan edib və bu istiqamətdə ciddi addımlar atmaqdadır: "Ancaq zaman-zaman Avropa İttifaqı tərəfdən Azərbaycan qarşı ədalətsizliklər, haqsızlıqlar baş verir və biz də bunu dəfələrlə bəyan etmişik. Dövlət başçısının atdığı bu addım da kifayət qədər aydın bir mesaj, Azərbaycanın milli maraqlarının müdafiə edilməsinə yönəlik mövqedir. Məsələn, 2009-cu ildə İstanbulda Mədəniyyətlər İttifaqı toplantısı keçirilirdi, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan Sürix protokollarına etiraz bildirmək üçün biz də Türkiyəyə getmişdik. Türkiyə qəzetləri yazmışdılar ki, prezident İlham Əliyevin Türkiyədə Mədəniyyətlər İttifaqı Toplantısına qatılmaması nota kimi bir addımdır. Dövlət başçısı milli maraqlarımızı qorumaq məqsədilə bu və ya digər səfərlərə gedir, yaxud hər hansı səfərdən milli maraqlarımız naminə imtina edir. Riqa sammiti də çox vacibdir, amma Azərbaycanın maraqları hər şeydən üstündür. Ona görə də ictimaiyyət nümayəndəsi olaraq hesab edirəm ki, prezident düzgün addım atıb. İctimaiyyət dövlət başçısının milli maraqların qorunmasına yönəlik bu sərt mövqeyini dəstəkləyir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi