19-05-2015 [11:05]
Son bir həftədə ölkədə çoxlu sayda iş adamının həbsi, saxlanması baş verdi. Məlum oldu ki, həmin şəxslər milyon manatlarla məbləğdə kreditlər götürüblər və geri qaytarmayıblar. Azərbaycanda kasıb əhalinin də böyük əksəriyyətinin banklara kredit borcu olduğu sirr deyil. Onların sırasında siyasi partiyaların rəhbərləri də var. Araşdırmamız zamanı bəlli oldu ki, bankdan kredit götürən tanınmış siyasi partiya sədrləri də yox deyil.
KXCP sədri Mirmahmud Mirəlioğlu kredit borcunun olduğunu bildirdi: "Mənim əvvəllər də kreditim olub, indi də var. İnşallah, bağlamaq üzrəyəm. Allah qoysa vəziyyətdən çıxaram. Mən inanmıram ki, buna görə məni həbs gözləsin.
Kredit borcuna görə həbslərə münasibətimə gəlincə, əgər kimlərinsə həbsi qanunsuzdursa, biz hüququ pozulan insanın hüququnu qorumalıyıq. Ancaq bu kredit məsələsi ilə bağlı həbslər bir az fərqlidir. Məlumdur ki, Azərbaycanda heç də hər iş adamı, fermer bankdan kredit ala bilmir. Yalnız xüsusi adamlar yüz milyonlarla manat kredit ala bilirlər. Hakimiyyət özü bilər öz adamlarına pul veriblər, indi də öz adamlarını həbs edir. Lazım olanda ona kredit verir, lazım olanda həbs edir, lazım olanda əfv edir. Ona görə də bu məsələlər hakimiyyətin daxili işi olduğu üçün buna hansısa şəkildə qarışmaq da nəticə vermir. Azərbaycan reallığıdır".
AXP sədri Pənah Hüseynisə bildirdi ki, ona kredit verən olmadığı üçün kredit borcu da yoxdur: "Şəxsən bir neçə il öncə mənə 5 min manat təcili lazım oldu və kredit götürmək istədim. Üç banka müraciət elədim. Həmin bankların rəhbərliyini tanıyan dostlara da müraciət elədim. Xahişlərə baxmayaraq banklar mənə 5 min manat krediti vermədilər. Bizə kredit verən var ki, kredit borcumuz da olsun? Onu da deyim ki, həmin saxlanılan iş adamları adlanan şəxslərə verilən kreditlərlə sadə kasıb vətəndaşların hansısa əşyanı almaq üçün götürdüyü az məbləğdə kreditləri qətiyyən eyniləşdirmək olmaz. Hamıya aydındır ki, yüksək səviyyədə göstərişlər olmadan, təminatlar olmadan heç bir bank milyonlarla manat krediti bu adamlara verməzdi. Beynəlxalq Bankda olan vəsaitlər dövlətin vəsaitləridir. Belə çıxır ki, bir qrup insan dövlətin yüz milyonlarla manat vəsaitini kredit şəklində mənimsəyib və buna şərait yaradılıb. Bu qədər böyük hadisə baş verib Cahangir Hacıyev görünmür. Bu isə ortaya bir sıra suallar çıxarır. Dövlətin yüz milyonlarla manatının taleyi necə olacaq buna bir cavab verən olmalıdır”.
ADP sədri Sərdar Cəlaloğluisə banka 20 min dollar borcunun olduğunu bildirdi: "Beynəlxalq Banka 20 min kredit borcum var. Ödəmək problemdir, ona görə də iki ildən artıqdır ki, ödəyib qurtara bilmirəm. Mən ödəməkdən imtina etmirəm. Depozit müqabilində götürmüşəm deyə mənə təhlükə olduğunu düşünmürəm”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevbildirdi ki, banklardan birinə kredit borcu var:"Yaxınlarımdan biri bizneslə məşğuldur. Müəllimlikdən aldığım maaşa müvafiq o qədər də böyük olmayan məbləğdə onun üçün borclanmışam. Həmin şəxs vaxtlı-vaxtında da borcunu ödəyir”. (Yeni Müsavat)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi