18-05-2015 [13:27]
"Mən bu gün reallaşan həbslər barədə 5-6 ay əvvəl proqnoz vermişdim. Bildirmişdim ki, mart ayından sonra Azərbaycanda çox böyük qarışıqlıqlar baş verəcək. Avropanın, Qərbin müəyyən dairələri Azərbaycanda satılmış qüvvələri ələ almaqla dövlət çevrilişinə cəhd edəcəklər. Təəssüfləndiyim odur ki, dediklərim təsdiqlənir”.
Bunu Modern.az saytına açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Beynəlxalq Bank işi”lə bağlı iş adamlarının həbsinə münasibət bildirərkən deyib.
Onun fikrincə, indiki həbslər sürpriz deyil: "Bunu hamı bilirdi. Hər kəsə də bəllidir ki, həbs edilənlərin arxasında böyük qüvvələr dayanıb. Axı, adi vətəndaşın bankdan bir milyard dollar götürməsi mümkün deyil. Azərbaycanın aparıcı bankının müəyyən tapşırıqlarla hərəyə 1-2 milyard, 700-800 milyon manat verlməsi elə-belə məsələ deyil. Bu işin arxasında böyük söz sahibləri, nazirlər dayanır.
Azərbaycanın bütün oliqarxlarının milyardları xarici banklardadır. Bu gün xarici dövlətlərin kəşfiyyat orqanları həmin məmurları çağırıb ölkə başçısına xəyanət etmələrini tələb edib, əks təqdirdə pullarının əlindən çıxacağını deyiblər. Onlar da pulu həyatlarından çox sevdiklərindən xəyanət yolunu seçiblər. Bu daxildən başlayan proses deyil, bu Qərbin Azərbaycana olan güclü, ideoloji hücumudur. Həbs edilənlər üzdə olanlardır, bir də aysberqin görünməyən tərəfləri var. Əsasən görünməyən tərəfdəkiləri açmaq lazımdır. Mənə "ağzını yum” deyə təzyiqlər olsa da, susmayacam. Mən İlham Əliyevi sonuna qədər müdafiə edəcəm.
Bir neçə gün öncə partiya funksionerləri ilə Mətbuat Mərkəzində ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana olan təzyiqlərini, onun kabinetində ölkəmizə dair proyektlərinin kimlərin həyata keçirməsi, böhran vəziyyətdən çıxış yolları ilə bağlı müşavirə keçirirdik. Dəvət olunmalarına baxmayaraq, televiziya kanallarından heç biri ermənipərəst mövqedə olan insanları işıqlandırmadı”.
Partiya sədrinin firkincə, tutulanlar, istintaqa cəlb olunanlar elə-belə, xırda adamlardır: "Yaxın günlərdə daha kimlərin tutulacağını görəcəksiniz. Növbəti həbslər böyük sensasiyaya səbəb olacaq. Mən Azərbaycanın düşdüyü bu vəziyyətdən çıxmaq üçün yalnız bir yol görürəm. Dövlətə, prezidentə xəyanət edən adamların hamısı istefaya getməli və həbs edilməlidir. Siyahıda bir neçə nazir var. Hansı ki, övladları Vaşinqtonda 10 milyona qədər vəsait xərcləyib, dədələrinin təbliği ilə məşğuldurlar. Xaricdən stenoqramlar gəlməlidir, Konqres, Senat üzvlərinə "kifayət qədər pulumuz var, dədəmi müdafiə edin” deyən "gül bala”ların hamısı ifşa olunmalıdır. Mən nazir tanıyıram ki, Milli Şurada təmsil olunur. Nazir qardaşı qızını verdiyi qudasına külli miqdarda pul ötürərək deyir ki, get şurada təmsil olun. Bu faktlar açılmalı və xəyanətlərin qarşısı alınmalıdır.
Qərbdən ölkəmizə edilən təzyiqlərin səbəbkarları burda yüksək kreslolarda oturanlardır. Onların da hamısının övladları bu gün xaricdədir, hansı ki, ölkənin vəsaitini göylərə sovururlar...
Biz İlham Əliyevin müdafiəsi ilə bağlı böyük qruplar yaradırıq. Avropa Oyunlarında da yüksək səviyyədə mühafizəni təmin etmək üçün 100 min üzvümüz hazır vəziyyətə gətirilib. Axıra qədər də prezidentimizi müdafiə edəcəyik”.
Hafiz Hacıyev bildirib ki, təcili bir neçə nazir həbs olunacaq: "İlham Əliyev cənablarından xahiş edirəm, Cahangir Hacıyevdən soruşsun ki, bu pulları kredit olaraq verəndə hansı nazirin xahişini yerinə yetirib. Bax, o zaman hər şey aydınlaşacaq. Düşünürəm ki, həbs dalğaları daha da genişlənəcək. İndi onların əksəriyyəti Azərbaycandan qaçmaq istəyir. Mən istəyərdim ki, onların ailələri də nəzarətə götürülsün, beynəlxalq çıxışlar ciddi yoxlanılsın ki, Azərbaycanın sərvətini talaya bilməsinlər. Təcili bir neçə nazir həbs edilməsə, məsələ həll olunmayacaq. Şərəfsiz yaşamaqdansa, şərəfli ölüm yaxşıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi