Bakıda məmur villaları sökülür

img

16-05-2015 [23:13]


Bakıda, Salyan şosesində ("Ramada” otelinin yaxınlığı) oliqarxların və məmurların villalarının söküntüsünə başlanılıb.

İndiyə qədər yeni velotrek ətrafında artıq 10-dan artıq dəbdəbəli villa sökülüb.

Villaların və bağ evlərinin söküntüsü hazırda da davam edir. Əraziyə xeyli sayda inşaatçılar və texnika cəlb olunub.

Hakimiyyətin onlarla dəbdəbəli və bahalı villanın sökülməsinə hansı səbəbdən qərar verməsi məlum deyil.

Hadisə yerindən yaxın vaxtlarda geniş reportaj təqdim edəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA