16-05-2015 [12:49]
Salyanın Xələc qəsəbəsində yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) mayın 13-də qoşun yeridildiyi bildirilir. Bu haqda Azadlıq Radiosuna bu CÇM-də cəza çəkən məhkumların qohumları məlumat verib. Onların dediyinə görə, Daxili Qoşunların əsgərləri 10-dan artıq etirazçı məhbusu bu müəssisədən çıxarıb, Penitensiar Xidmətin Bakının Binə qəsəbəsində yerləşən Vərəm Dispanserinə aparıblar. Həmin dispanser "tubzon” kimi tanınır.
Məhkumların həbsxanadakı sərt qaydalara etiraz etdiyi bildirilir. Onların yaxınları deyir ki, bir neçə dəfə cəhd etsələr də, "tubzon”a köçürülən doğmaları ilə görüşə icazə verilməyib.
"Tubzon” qisas müəssisəsidir
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən, köçürülən məhkumlardan birinin qohumu deyir ki, 5 saylı CÇM-ə qoşun gündüz saatlarında yeridilib: "Müəssisəyə yeni rəis təyin olunub. Rəis sərt qaydalar tətbiq etməyə başlayıb. Məhkumların ən kiçik hüquqlarını belə tapdanırmış. Onlar da buna etiraz edib və rəhbərliklə aralarında mübahisə yaranıb. Rəhbərlik də dustaqları cəzalandırmaq qərarına gəlib. Mayın 13-də gündüz saat 12-də həbsxanaya qoşun çağırılıb. Içəri daxil olan əsgərlər etiraza başçılıq edən 10-dan artıq dustağı həbsxanadan çıxarıblar. Həmin dustaqlardan bəziləri məsciddə namaz qılarkən götürülüblər. Sonradan öyrəndik ki, ”oğurlanan" dustaqlar məhkumlar arasında cəza müəssisəsi kimi tanınan "tubzon”a aparılıblar. Həbsxana rəhbərləri adətən cəzalandırmaq istədikləri dustaqlardan "tubzon”da qisas alırlar. Burada həmin dustaqları işgəncə ilə "sındırdıqdan” sonra geri qaytarırlar. Sınan sınır, sınmayana olmazın işgəncələr verirlər".
"İşgəncə verdiklərini özləri də etiraf etdilər”
Məhkum qohumu deyir ki, "tubzon”da yaxınları ilə görüşə icazə verməsələr də, müəssisə rəhbərləri ilə söhbət edə biliblər: "Getdik ”tubzon"a ki, həm görüşək, həm də bura gətirilmələrinin səbəbini soruşaq. Dedilər ki, bu dustaqlar qaydaları pozub, "naruşitel”dir deyə, bura gətiriliblər. Dedik, axı bura xəstəxanadır, qaydanı pozan dustağın nə işi var burada? Soruşduq ki, yəqin buranın işgəncə müəssisəsi olduğu haqda deyilənlər doğrudur və qohumlarımıza işgəncə vermək üçün gətirmisiniz? Açıq şəkildə etiraf etdilər ki, artıq lazım olan işgəncə verilib. Dedilər ki, dustaqların hərəsinə 15 sutka "karser” cəzası verilib və "ağıllanandan” sonra buraxılacaqlar. Bildirdilər ki, "karser”dən çıxandan sonra qohumlarımızla görüşə icazə verilə bilər. Biz çox narahatıq ki, qohumlarımız oradan sağ çıxmaya da bilərlər. Burada həddən artıq qəddarcasına işgəncələr verilir".
AzadlıqRadiosu səslənən iddialarla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə saxlayıb. Xidmətə zəng edən AzadlıqRadiosunun əməkdaşına bir neçə dəqiqə sonra əlaqə saxlamağı məsləhət görüblər. Lakin gün ərzində təkrar zənglərə cavab verən olmayıb.
Penitensiar Xidmət adətən həbsxanalarda dustaqlara işgəncə verilməsi ilə bağlı yayılan iddiaları təkzib edir.
"Tubzon”da baş verənlərlə bağlı məlumatlıyıq
Binədəki Vərəm Dispanseri məhbuslar arasında da "işgəncə müəssisəsi” adlandırılır. Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov da bu müəssisədə dustaqlarla qeyri-insani rəftarla bağlı çoxsaylı müraciətlər aldığını bildirir: "Bizə də bu müəssisədən çoxlu şikayətlər gəlir və məlumatlıyıq. Ancaq tək bura deyil, bütün müəssisələrdə bu cür rəftar var. Ancaq, təəssüf ki, Penitensiar Xidmət bizi həbsxanalara buraxmaqdan imtina edir. Ona görə də, araşdırma apara bilmirik. Xidmət bizimlə əməkdaşlıqdan ümumiyyətlə imtina etdiyindən, 5 saylı kalonda nələrin baş verib, vermədiyi haqda heç nə deyə bilmərəm”.
Ötən il dekabrın sonlarında 14 saylı kalonda etiraz edən bir qrup dustağın da cəzalandırılmaq üçün "tubzon”a köçürüldüyü bildirilirdi. Həmin dustaqların bu müəssisədə işgəncə ilə öldürüldüyü iddia olunan 31 yaşlı məhbus Elşad Babayevin ölümünə etiraz etdikləri deyilirdi.
O vaxt cəzalandırılan məhkumların yaxınları "tubzon”un qarşısında bir neçə dəfə etiraz aksiyası keçirmişdilər. Bu aksiyalardan sonra onlara yaxınları ilə görüşə icazə verilmişdi. Görüşdən sonra AzadlıqRadiosuna müsahibə verən məhkum yaxınları "karser”ə salınan doğmalarının üzərində işgəncə izləri olduğunu iddia edirdilər.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən 14 saylı CÇM-də insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobudcasına pozmasını göstərmişdilər.
Daha sonra Penitensiar Xidmət Elşad Babayevin ölümünün prokurorluqda araşdırıldığı haqda məlumat yayaraq işgəncə faktını təkzib etmişdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi