Prezident və xanımı yeni açılışda!

img

15-05-2015 [16:56]


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "Bulvar Hotel”in açılışında iştirak ediblər.

Mia.az AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra ona məlumat verilib ki, "Bulvar Hotel” "Absheron Hotel Group”a daxildir və bu qrupun dördüncü otelidir. Beşulduzlu yeni otel həm də "Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection”un rəsmi üzvüdür.

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında yerləşən "Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Oteldə 818 nömrə var. "Bulvar Hotel”in paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.

Otelin tikintisi zamanı əsas meyar qonaqların rahatlığını maksimum yüksək səviyyədə təmin etməkdən ibarət olub. Burada müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün də geniş şərait yaradılıb.

Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA