Hacı Qalib silahdan danışdı: “Vallah, heç bilmirəm nə məsələdir”

img

15-05-2015 [16:53]


"Vallah, heç bilmirəm nə məsələdir”

Bunu virtualaz.org saytına açıqlamasında Milli Məclisin üzvü Qalib Salahzadə evindən silah-sursat aşkar edilməsi ilə bağlı bu gün mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.

Qalib Salahzadə Bilgəhdə bağ evinin olduğunu, ancaq evdən silah-sursat tapıldığı haqda yayılan xəbərlərin nə məqsəd güddüynü bilmədiyini dedi: "Vallah, söhbətin nədən getdiyini heç özüm də bilmirəm. Hansı bağ evindən söhbət gedir? Hamı bilir ki, mənim bağ evlərim var, ancaq gözətçim-filan yoxdur. Bakılı olduğuma görə yəqin fikirləşiblər ki, bakılının silahı olar, belə bir məlumat uyduraq, yayaq. Hüquq-mühafizə orqanlarından mənə heç kim zəng vurmayıb. Heç kim məni polisə çağırmayıb. Bayaqdan iclasda idim, xəbərləri parlamentdə eşitdim”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA