“Terrorun gülən üzü” kitabı işıq üzü gördü

img

15-05-2015 [11:44]


"Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin ilk kitabı nəşr olunub.

"Terrorun gülən üzü” adlanan kitab Azərbaycanda getdikcə güclənən dini terrorizm dalğası və missioner fəaliyyətlərindən bəhs edir. 

Kitabda xüsusilə Fətullah Gülən Şəbəkəsi ilə bağlı bu vaxta qədər Azərbaycanda yazılmayan həqiqətlərə işıq salınır. 

"Terrorun gülən üzü” yazarın 2007-ci ildən günümüzə qədər dini sahədə apardığı araşdırmaların toplusudur.  

Kitabda regionu və ölkəmizi təhdid edən dini təhlükə ilə bağlı maraqlı məlumatlar yer almaqdadır. Dini missionerlərin ölkəmizə hansı yollarla gəldiyinə, hansı resurslara sahib olduqlarına dair müfəssəl məlumat verilir. 

Azərbaycanda bu sahədə yazılan ilk və geniş kitab olan "Terrorun gülən üzü” İstanbulda nəşr edilib. Kitabın başqa dillərə tərcüməsi də nəzərdə tutulur. 

Yaxın günlərdə İmza Günü keçiriləcək və kitab oxuculara təqdim ediləcəkdir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA