“Qara polkovnik”in oğlu Bakıda saxlanılıb - Fakt təsdiqləndi (Yenilənib)

img

15-05-2015 [12:40]


Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynov Bakıda saxlanılıb.

Mia.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib.

Yeri gəlmişkən, A.Hüseynovun saxlanılması barədə informasiya az öncə "Azadlıq” tərəfindən də yayılmışdı.

Məlumatda deyilir ki, Dubayda yaşayan Adil Hüseynovu Bakıya çağırıblar, burada isə o, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin ("bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

Adil Hüseynovun saxlanılması azərbaycanlı kredit oliqarxlarının bir neçə gün öncə başlayan həbs dalğası ilə əlaqələndirilir. A.Hüseynovun mənzilində və iş otağında axtarışlar aparılıb.

Yada salaq ki, A.Hüseynov xalq arasında "qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğludur. Polkovnik Fətullah Hüseynov digər polkovnik Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib.

***
Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri, "qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğlu Adil Hüseynov Bakıda saxlanılıb.

Adil Hüseynovun vəkili Kamandar Nəsibov faktı İnterpress.az-a təsdiqləyib. 

Vəkil bildirib ki, Adil Hüseynov artıq 2 gündür ki, DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin ("bandotdel”)də saxlanılır: "Adil Hüseynovu qanunsuz olaraq 2 gündür ki, orda saxlayırlar. Vəkili olaraq mənim onunla görüş haqqım var, ancaq görüşə imkan verilmir. Mənzilində axtarış aparanda mənə xanımı zəng etdi. Mən gedəndə artıq axtarış başlamışdı. Mənzildən qızıl zinət əşyaları və sənədlər götürülüb. Bununla bağlı baş prokurora, "bandotdel”in rəisinə mütaciət etmişəm”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA