Mehriban Əliyeva prezidentin xanımı ilə İçərişəhərdə! - FOTOLAR

img

14-05-2015 [17:56]



Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikası prezidentinin xanımı May Thi Han "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. 

Mia.az Azərtac-a istinadən xəbər verir ki, qoruğa gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Vyetnam Prezidentinin xanımı May Thi Han əvvəlcə çay süfrəsinə qonaq olublar. İçərişəhərdə gəzinti zamanı qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. 

May Thi Han paytaxtın ən qədim hissəsi olan İçərişəhərdə fəaliyyət göstərən əntiq əşyalar mağazasında da oldu, burada satılan və ölkəmizin qədim tarixə və mədəniyyətə malik olduğunu bir daha nümayiş etdirən əşyalara baxıb. Mehriban Əliyeva bu mağazalarda əntiq qab-qacaq, xalça-palaz, tirmə şal, kəlağayı, xurcun, gəlincik və digər əşyaların satıldığını bildirib. Qonaq folklorumuzun nişanəsi olan buta, zərif naxışlarla bəzədilmiş əşyalara böyük maraq göstərib.

İçərişəhərlə tanışlığın son məkanı Qız qalası olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva May Thi Hana Bakının ən möhtəşəm tarixi abidələrindən biri olan, əzəməti ilə diqqəti cəlb edən Qız qalası, bu qeyri-adi memarlıq nümunəsinin özəllikləri barədə danışıb.

Sonra birinci xanımlar Xalça Muzeyində olublar.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA