Keçmiş deputatın işçiləri istintaqa cəlb olunub - Dünyamin Xəlilovun başı dərdə girdi

img

14-05-2015 [17:22]


Keçmiş deputat Dünyamin Xəlilova məxsus "Globus Plaza” şirkəti adından müraciət daxil olub.

Müraciətdə bildirilir ki, şirkətin bütün işçiləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel”) dindirməyə cəlb olunub. Dindirmə 20 saatdan artıqdır davam edir. "Globus Plaza” biznes mərkəzində yerləşən "General Construction” MMC-nin direktoru ilə yanaşı, müşavirləri, tikinti departamentinin mütəxəssisləri və hətta sürücüləri, mühafizəçiləri, xadimələri də dindirilir.

Müraciətdə deyilir ki, dindirməyə cəlb olunan bu şəxslər ayda 400-500 manat məvacib alan sadə işçilərdir. Onların bəziləri keçmiş deputat Dünyamin Xəlilovun yaratdığı şirkətlərdə formal olaraq direktor vəzifəsi daşıyırlar.

Müraciətdə qeyd olunur ki, həmin şirkətlərin aşağı dərəcəli əməkdaşları olan 1000 nəfərdən artıq şəxsin adına kreditlər götürülüb. Həmin şəxslər sadəcə işlərini itirməmək üçün kredit sənədlərinə imza atıblar. Onların çoxu kirayələrdə yaşayırlar, kasıb insanlardır. Kreditləri alan şəxslər isə ortada yoxdurlar(Azadliq.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA