“Bütün kiberhücumların qarşısı alınacaq” - Əli Abbasov

img

14-05-2015 [15:32]


"Biz bilirik ki, I Avropa Oyunları ərəfəsində bizə müəyyən kiberhücumlar, informasiya təhlükəsizliyi nöqteyi-nəzərindən təzyiqlər olacaq”.

Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, belə xoşagəlməz hallardan qorunmaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir çox layihələr həyata keçirib: "Biz bütün dövlət təhlükəsizlik strukturları ilə birgə müəyyən tədbirlər hazırlamışıq ki, Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi zamanı kiberhücumlardan prinsipial ziyanlar görülməsin”.(APA)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA