Hərbi xidmətə çağırışla bağlı dəyişiklik - Döyməsi olan gənclər yoxlanacaq

img

14-05-2015 [13:57]


Bir müddət əvvəl hərbi xidmətə çağırış yaşı çatmış gənclərlə bağlı maraqlı xəbərlər yayılmışdı. Yayılan xəbərlərə görə, bədəninin müxtəlif nahiyələrində tatu etdirən hərbi xidmətə çağırış yaşlı gənclər məhz buna görə Psixiatriya Xəstəxanasında məcburi müayinəyə cəlb olunublar.

Məlumata əsasən, çağırış zamanı hərbi komissiyanın həkim mütəxəssisi ehtiyac olduğu təqdirdə bədənində tatuajı olan çağırışçını müayinəyə göndərir. Həmin müayinənin nəticəsi olaraq da şəxsin hərbi xidmətə yararlı olub-olmadığı müəyyənləşir. Çünki, tatuaj (tatu, döymə) bədənə xəsarət yetirməkdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğrudur. Xidmətdən onu da qeyd ediblər ki, Xüsusi Qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərinin müxtəlif nayihələrində tatuaj (döymə) etdirən çağırışçılar "mənəvi-psixoloji durumun" müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müayinəyə cəlb edilirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA