Prezidentlərin iştirakı ilə Azərbaycan-Vyetnam sənədləri imzalandı

img

14-05-2015 [13:54]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqın iştirakı ilə Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub.

"SOCAR və Petrovietnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Vietnam Oil and Gas Group” şirkətinin prezidenti və baş direktoru Nquyev Quoc Xan imzaladılar.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Vyetnamın kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Vu Van Tap imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Vyetnamın maliyyə nazirinin müavini Do Hoanq Anh Tuan imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzaladılar.

* * *12:46

Mayın 14-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqın məhdud tərkibdə görüşü olub.

Sonra Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü keçirilib.

* * *10:32

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqın mayın 14-də rəsmi qarşılanma mərasimi olub.

Virtualaz.orgAZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqı və xanımı May Thi Hanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Vyetnam prezidentinə raport verdi.

Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Vyetnam prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Çıonq Tan Şanqa, Vyetnam Sosialist Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

* * *20:38

Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vyetnam prezidentini və xanımı May Thi Hanı hava limanında Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Ali qonaq aeroportda Vyetnamın Azərbaycanda fəaliyyət göstərən diasporunun üzvləri tərəfindən coşqu ilə qarşılanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA