Qiyabi təhsil ləğv olundu -Müəllimlər üçün

img

14-05-2015 [12:48]



Bu ildən Azərbaycanın ali məktəblərində müəllimlik ixtisaslarına qiyabi təhsilalma forması üzrə tələbə qəbulu dayandırılır.

Mia.az xəbər verir ki, bunu Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər. Nazirlikdən qeyd edilib ki, yeni tədris ili üçün ali təhsil müəssisələrində bakalavriat səviyyəsinə qiyabi təhsilalma forması üzrə plan yerlərinin sayı azaldılıb.

Ümumilikdə 2015-2016-cı tədris ili üzrə ali məktəblərə ümumi plan yerlərinin sayı əvvəlki tədris ilinə nisbətən 6 faiz artıb. Orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması və müəllimlik ixtisasları üzrə tələbə qəbulu üçün ayrılan plan yerlərinin sayı qismən azaldılıb.

2015-2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələri üzrə plan yerləri artıq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqlənib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA