14-05-2015 [11:45]
1988-ci ildən indiyədək Naxçıvan Muxtar Respublikası blokada şəraitində olub. 1993-ilin yanvar ayının sonlarında mən prezident Əbülfəz Elçibəyin və prezident Administrasiyasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri, Dövlət Neft Şirkətinin prezidenti Sabit Bağırovun tapşırığı ilə Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə oldum. O zaman mən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Strateji Proqramlar şöbəsində işləyirdim və Azərbaycan elektroenergetikasının kuratoru olaraq, həmin sahənin strateji proqram və konsepsiyasını hazırlayırdım. Naxçıvana gedən və Ermənistanın Meğri rayonu ərazisindən keçən quru yolu və dəmir yolu ermənilərin nəzarətində olduğundan təyyarə ilə Naxçıvana getdim.
Naxçıvan Aeroportunda düşən kimi hamının şəxsiyyət vəsiqəsi və iş yerindən ya arayışı, yaxud vəsiqəsi yoxlanıldı. Mən bunun səbəbini soruşdum. Dedilər ki, Naxçıvan blokada şəraitində olduğundan bu bir ehtiyat tədbiridir. Prezident Administrasiyasının mənə verdiyi vəsiqəni göstərdim. Çox böyük hörmətlə məni qarşıladılar. Aeroportdan birbaşa Naxçıvan elektrik şəbəkəsinə getdim. Orada vəziyyətlə və insanlarla tanış oldum. Mən gedən zaman işıqlar sönmüşdü. Şəbəkədə İranlı mütəxəssislər vardı. Onlar elektrik şəbəkəsində Naxçıvanlı mütəxəssislər ilə təmir işləri aparırdılar. O zaman Naxçıvan elektrik enerjisini ancaq İrandan alırdı.
Mənə dedilər ki, elektrik şəbəkəsinin normal fəaliyyətini bərpa etmək və Naxçıvanın enerji tələbatını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev hər gün onları qəbul edir, dinləyir, onlarla müzakirələr aparır, onlara tapşırıqlarını verirdi.
Elektrik şəbəkəsindən Naxçıvana gəldim. Naxçıvan Nazirlər Kabinetinin sədri Şəmsəddin Xanbabayevlə görüşdüm. Şəmsəddin Xanbabayev Naxçıvandakı enerji böhranı və onun səbəbləri, Naxçıvandakı vəziyyət haqqında ətraflı məlumat verdi.
Şəmsəddin Xanbabayev mənə dedi ki, Heydər Əliyevin tapşırığı ilə mənə Naxçıvandakı qonaq evində lüks nömrə ayrılıb. Onu da deyim ki, Şəmsəddin Xanababayevin kabinetində və digər Nazirlərin kabinetində əsl buzxana idi. Çünki yeganə enerji mənbəyi elektrik enerjisi idi ki, o da Naxçıvanın təlbatını ödəmirdi. Ona görə də Heydər Əliyev Nazirlərə və Ali Məclisdə deputatlara, digər hökumət üzvlərinə iş yerlərindəki otaqları elektrik enerjisi ilə qızdırmağı qadağan etmişdı. Heydər Əliyev hökumət üzvlərinə demişdi ki, mən bu elektrik enerjisini İrandan güclə alıram ki, Naxçıvan əhalisi işıqsız qalmasın. Kim salyarka tapa bilərsə salyarka peçi işlətsin. Hansı vəzifə tutmasından asılı olmayaraq kim Heydər Əliyevin tapşırığını pozsa vəzifəsi ilə vidalaşmalı idi.
Əlqərəz Nazirlər Kabinetində mən də bir neçə saat nazirlərlə bir yerdə soyuqdan donmalı oldum.
Gecəni mənə ayrılan qonaq evindəki lüks nömrədə qaldım. Nömrə də
buzxana idi. Yemək vaxtı məni çağırdılar ki, mətbəxə gəlin, yemək hazırdır. Sağ olsunlar çox gözəl yemək verdilər. Həm də mətbəxdə isti olduğundan bir neçə saat orada oturub yavaş-yavaş çay da içdim. Sonra yekə qalın odeyalları və yorğanı başıma çəkib, paltar-palazımla, yəni paltomla yatdım. Bayırda 30 dərəcəyə yaxın şaxta vardı.
Səhərisi baş nazir Şəmsəddin Xanbabayev maşın göndərdi. Həmən maşınla Naxçıvan Nazirlər Kabinetinə getdim. Şəmsəddin Xanbabayev mənə dedi ki, Heydər Əliyevin tapşırığı ilə biz Türkiyə ərazisindən Naxçıvana çəkilən elektrik xətlərinə baxacağıq. O məni Naxıvandakı vəziyyətlə şəxsən tanış edəcək. Həmin gün Türkiyədən Naxçıvana çəkilən xətlərin daxil olduğu paylayıcı stansiyada olduq. Həmin gün Türkiyədən Naxçıvana çəkilən elektrik xətləri ilə enerjinin sınaq verilıişi oldu. Sonra biz Naxçıvanın rayonlarında olduq. Şəmsəddin Xanbabayev yol boyu Naxçıvan iqtisadiyyatı haqqında danışdı. Günorta yol qırağında çox dadlı Naxçıvan kababı yedik.
Saat iki radələrində Naxçıvan Ali Məclisində 1 saat yarım müddətində Heydər Əliyevin qəbulunda olduq. Heydər Əliyev bizə Naxçıvandakı enerji böhranı, onun səbəbləri, böhranın aradan qaldırılması yolları haqqında proqram xarakterli yüksək səviyyəli məlumatlar verdi. Mən əvvəllər də Heydər Əliyevin istər Azərbaycana başçılıq etdiyi müddətdə, istərsə də Sovet İmperiyasının hakimiyyət olimpində olduğu zaman Azərbaycan iqtisadiyyatı, energetikası, Sovet İqtisadiyyatı və energetikası haqqındakı dərin məzmunlu çıxışlarını dinləmişdim və baxmışdım.
Mən indi bu nəhəng şəxsiyyəti-Azərbaycan tarixinin və Sovet tarixinin böyük şəxsiyyətini onunla çox səmimiyyetlə görüşəndən sonra, onun kabinetində ondan bir metr aralıda oturaraq dinləyirdim. O elektroenergetika haqqında bütün mütəxəssisləri heyrətə salan bir çıxış etdi...
(ardı var)
Prof.Dr. Qüdrət İsaqov

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi