Sabiq deputata həbs təhlükəsi - Şirkəti yoxlanılır - Yenilənib

img

13-05-2015 [15:24]


Bir neçə gündür Azərbaycanda "maliyyə xəyanətlərinə” görə həbs olunan oliqarxlar sırasına daha biri qoşulub.

Həbs olunan iş adamlarından biri də keçmiş millət vəkili, "Globus Plaza”nın sahibi Dünyamin Xəlilovdur. Əldə etdiyimiz məlumata görə, bir neçə həftədir ki, Plazada ciddi yoxlamalar həyata keçirilir və bunun nəticəsi olaraq mərkəzin sahibi həbs edilib.

İlkin informasiyalara görə, D.Xəlilov Beynəlxalq Bankdakı yeyintilərdə iştirakçılardan biridir. O, Plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında dünən aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə, bu kreditlərdən xəbərləri yoxdur. 

Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı da həmin plazanın 3-cü mərtəbəsində yerləşib. Dünən sözügedən filialın da fəaliyyəti dayandırılaraq oradan köçürülüb.

Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bildirilir ki, həmin şəxslərin əməlləri haqda informasiyalar araşdırılıb və bu fırıldaqlarda iştirak edən hər kəsin cəzalandırılması ilə bağlı adıımlar atılması qərara alınıb. Artıq mətbuat həbs olunanlardan "Xəzər İsland” ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl  işdən qovulan rəhbəri Rəşad Məmmədovun adını açıqlayıb(qafqazinfo).

Mia.az xəbər verir ki, D.Xəlilov sırdan bir iş adamı deyil. Onun Ədliyyə Nazirliyinini arxasında da ofisi var. Sabiq deputatın şirkəti Bakının müxtəlif istiqamətlərində dövlət sifarişləri əsasında tikinti işləri də aparıb. Elə Beynəlxalq Avtovağzalın arxa tərəfində gölün qurudulması və ərazidə aparılan işlər ə də D.Xəlilovun şirkəti məsuldur...

***
"Mən hazırda müalicədəyəm”. 

Bunu APA-ya açıqlamasında bu gün həbs olunması barədə mediada xəbər yayılmış keçmiş deputat, "Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilov deyib.

D. Xəlilov bildirib ki, gün ərzində ona həbs olunması ilə bağlı çoxlu sayda zənglər gəlib: "Bu xəbərlər həqiqəti əks etdirmir. Mən xəstəyəm və hazırda müalicə olunuram”.

Eks-deputat istintaqa dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırmaqdan imtina edib. 






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA