Milli QHT Forumunda yeni qurum yarandı - Təyinatlar

img

13-05-2015 [14:16]


Milli QHT Forumunun idarə heyətinin növbəti iclası keçirilib. 

Forumdan Mia.az-a verilən məlumata görə, forumun idarə heyətinin sədr müavini Ümüd Rəhimoğlu iclası açıq elan edərək, gündəlikdə duran məsələlər haqqında iştirakçılara qısa məlumat verib. 

Sonra forumun prezidenti Rauf Zeyni MQF-də bir neçə yeni təsisatların yaradılması haqqında idarə heyətini məlumatlandırıb. 

Məlumata görə, "MQF Elm Mərkəzi”, "MQF Hüquq Mərkəzi”, "MQF Qarabağ Mərkəzi”, "MQF Psixoloji Araşdırma və Dəstək Mərkəzi”, "MQF Gənclər Klubu”, "MQF Media Klubu”-nun yaradılması idarə heyətinin üzvləri tərəfindən müzakirə olunub və səs çoxluğu ilə lehinə qərar qəbul olunub.

 "MQF Elm Mərkəzi”nin rəhbəri tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, "MQF Hüquq Mərkəzi”-nin rəhbəri BDU-nun hüquq fakültəsinin müəllimi Şiraslan Yusubov, "MQF Qarabağ Mərkəzi”-nin rəhbəri Anar Xəlilov, "MQF Psixoloji Araşdırma və Dəstək Mərkəzi”-nin rəhbəri Vüsalə Xəlilova, "MQF Gənclər Klubu”nun rəhbəri MQF idarə heyətinin üzvü, Narkotizmə Qarşı Mübarizə İB-nin sədri Zaur Adıgözəlov və "MQF Media Klubu”-nun rəhbəri MQF idarə heyətinin üzvü, Azərbaycan Jurnalist Qadınlar İB-nin sədri Sevil Yusifova təyin edilib. 

Daha sonra MQF-nin prezidenti Rauf Zeyni Bakı 2015 Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar görülən hazırlıq işləri və Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Kolalisiyasının yaradılması haqqında məlumat verib. Həmçinin idarə heyətinin üzvləri də tam tərkibdə Avropa Oyunlarına dəstək məqsədilə işçi qrupunun yaradılmasını təklif edib və təklif səs çoxluğu ilə qəbul edilib.

Sonda "Azərbaycan-İraq Mədəni Əlaqələr Mərkəzi” İB MQF-yə üzv qəbul edilib. Beləliklə MQF-nin üzvlərinin sayı 654-ə çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA