Komitə sədrinin milyonçu qardaşının həbs xəbəri yayıldı - Yenilənib

img

13-05-2015 [12:18]


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel”) Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər aparması yöndə daha bir maraqlı xəbər yayılıb.

Avropa.info-nun yaydığı xəbərdə Cahangir Hacıyev işi ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Hacı İbrahim Nehrəmlinin də saxlanıldığı iddia olunur. 

Qeyd edək ki, bu barədə məlumat sosial şəbəkələrdə də yayılıb. Xəbərlə bağlı dəqiqləşdirmə hələ ki mümkün olmayıb.

Onu da bildirək ki, İbrahim Nehrəmli komitə sədri Nazim İbrahimovun qardaşıdır.


Hacı İbrahim Nehrəmli

****

Məsələ ilə bağlı "Avesta” konsernindən Azvision.az-a bildiriblər ki, yayılan məlumatlar şayiədir, Hacı İbrahim həbs edilməyib.

"Hazırda İbrahim müəllim görüşdədir. Onun həbsi ilə bağlı yayılan xəbərlər şayiədən başqa bir şey deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA