Prezidentin nəvəsi kampaniyaya qoşuldu - FOTOLAR

img

13-05-2015 [10:21]



Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Zirədə tikilmiş müasir istixana kompleksi ilə tanış olub.

Leyla Əliyevaya istixanada yaradılan şərait və burada becərilən bitki növləri barədə məlumat verilib. Bundan sonra Leyla Əliyeva "Yaşıl Marafon” layihəsi çərçivəsində bir milyonuncu ağacı ədib.

Ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ümumilikdə bu ərazidə IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü tərəfindən 5 min ağac əkilib. 

Daha sonra vitse-prezident yaradılmaqda olan IDEA ekoparkı ilə də tanış oldu, burada Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar üçün yaradılan şəraitlə maraqlanıb. (azərtac)














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA