Almanların snayperi erməni separatçılarında! -FOTO-FAKT

img

12-05-2015 [16:35]


İki ölkə arasında silahlı münaqişəni əsas gətirərək Azərbaycana və Ermənistana müdafiə təyinatlı məhsulların satışına embarqo tətbiq edən Almaniyanın Ermənistana hərbi avadanlıq satışı faktı aşkar olunub.

Mia.az Azeridefence.com-a istinadən xəbər verir ki, Almaniyanın optik sistemlərin istehsalı üzrə tanınmış şirkəti "Schmidt & Bender”in Ermənistana son illərdə xeyli sayda snayper tüfəngləri üçün optik nişangahlar satdığı məlum olub.

"Schmidt & Bender” şirkətinin istehsalı olan optik nişangahlar may ayının 9-da ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində (Şuşa şəhərində) təşkil etdikləri tədbirdə nümayiş olunan snayper tüfənglərinin üzərində yer alıb. 

Ermənilərin Şuşada təşkil etdikləri nümayişin foto və videosunda bu optik nişangahların separatçı rejimin uniformasındakı silahlı şəxslərin əlində olması diqqət çəkir.

Fotolardan göründüyü qədər "Schmidt & Bender” optik nişangahları PGM-338 və Ermənistan istehsalı olan snayper tüfənglərinin komplektləşdirilməsində istifadə olunub.

Adıçəkilən şirkətin məhsulları Ermənistana yerli "ASPAR Arms” şirkəti vasitəsi ilə ötürülür.

Qeyd edək ki, Almaniya, Fransa, İngiltərə daxil olmaqla bir çox Avropa ölkələri Azərbaycan və Ermənistan arasında hərbi münaqişəni əsas gətirərək hər iki dövlətə nəinki silah, eləcə də müdafiə təyinatlı digər avadanlıqların (radar, elekton komponentlər, döyüş sursatları, optik nişangahlar, habelə bu məhsulların istehsalı üçün zəruri texnologiyaların və komponentlərin) satışına embarqo tətbiq etdiklərini bəyan edirlər.

Bundan əvvəl Ermənistan Ordusunun silahlanmasında Almaniya-Fransa birgə istehsalı olan MİLAN tank əleyhinə idarə olunan raket kompleksləri üzə çıxmışdı.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA