Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib

img

12-05-2015 [14:13]


Rusiya Təhlükəsizlik Şurası bu qurumun katibi Nikolay Patruşev və Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasındakı görüşlə bağlı məlumat yayıb. 

Açıqlamada bildirilir ki, görüşdə Xəzəryanı ölkələrin əməkdaşlığının möhkəmləndirilməsi məsələləri müzakirə olunub: "Həmsöhbətlər Rusiya və Azərbaycanın milli və regional təhlükəsizliyinin təmin olunması məsələlərində iki dövlətin təhlükəsizlik şuraları aparatları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini, eləcə də Xəzəryanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər”. Qeyd edək ki, N. Patruşev Bakıya səfəri zamanı prezident İlham Əliyevlə də görüşüb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA