İcra Hakimiyyəti aksiya xəbərinə poetik cavab verdi

img

12-05-2015 [11:59]


Bu gün səhər saatlarında Şamaxıda etiraz aksiyası keçirilib.

Virtualaz.org saytına məlum olub ki, Şamaxı rayonu, Böyük Xınıslı qəsəbəsinin sakinləri sosial problemlər və qəsəbəyə gedən yolların bərbad vəziyyətdə olmasına etiraz ediblər.

Qeyd edək ki, Böyük Xınıslı Şamaxının bir məhəlləsidir. Qəsəbə Şamaxının mərkəzindən 4 kilometr məsafədə yerləşir.

Aksiya ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon İcra Hakimiyyətinin əməkdaşı aksiya ilə bağlı suala qəribə cavab verdi: "Şamaxılılar o qədər sakit, həzin həyat sürürlər ki... Aksiya keçirilmir, heç aksiya haqqında fikirləşən yoxdur. Hazırda narın-narın yağış yağır, əhalimiz firəvan həyat sürür. Yayılan xəbərlər yalandı, bu gözəl havadı, bu cür yaşayanlar aksiya edərlərmi?”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA