Bu qızı bütün Azərbaycan axtarır

img

12-05-2015 [11:11]


Xəbər verdiyimiz kimi,  mayın 6-da Sumqayıt şəhərində 9-cu sinif şagirdi olan 06.12.1999 - cu il təvəllüdlü Abdullayeva Jalə Fərəc qızı məktəbə getmək adıyla evdən çıxıb və bir daha geri qayıtmayıb.Araşdırma zamanı məlum olub ki, qız qaçırılıb. Və onun tapılması istiqamətində tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanın bölgələrindəki polis idarələrinə məlumat  göndərilib, post patrul xidməti vasitəsilə əməliyyat qrupu yaradılıb. 
Hadisənin yeni təfərrüatları da məlum olub. Belə ki, qızı qaçıran şəxs Sumqayt şəhəri, Xəzər bağlarında qeydiyyatdadır. Aidiyyatı qurumlar  oğlanın valideynindən izahat alıblar. Lakin valideynlər övladlarından imtina etdiklərini və onun tüfeyli həyat tərzi keçirdiyini deyiblər. Onun qızı hara qaçırıb aparması haqqında isə məlumatsız olduqlarını bildiriblər. 
Xeberle.com qaçırılan qızın fotosunu əldə edib.  Bu şəxsi görənlərdən aidiyyatı üzrə polis bölməsinə və ya Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət etmələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA