Avropa Oyunlarına görə imtahanlar təxirə salındı

img

12-05-2015 [11:00]


Bakı Dövlət Universitetinin (BDU) Avropa Oyunlarında könüllü iştirak edəcək tələbələrin semestr imtahanları təxirə salınıb.

Bu barədə AzVision.az-a BDU-nun tələbələri məlumat verib. Onlar bildirib ki, bu ay üçün nəzərdə tutulan imtahanların vaxtı dəyişdirilərək, iyul ayına təyin edilib.

İmtahanların təxirə salınmasının səbəbi Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədardır. Belə ki, Bakıda ilk dəfə keçiriləcək yarışlarda könüllü olan tələbələr bu il semestr imtahanlarını mayda yox, iyul ayında verməli olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA