İcra başçısı dil hazırlığına başladı - İki müəllim tutdu

img

11-05-2015 [16:06]


Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ingilis dili öyrənir. 

Mia.az Gundeminfo.az-a istinadən xəbər verir ki, hazırda icra başçısı İcra Hakimiyyətinin binasında xidməti otaqlardan birində özü üçün ingilis dili otağı yaradıb:

"Rayonun tanınmış iki ingilis dil müəllimi isə həftənin 2, 4 və 5-ci günləri başçıya ingilis dili öyrədirlər. Həftənin 6-cü günü istirahətdə olduğunu deyən başçı reqlamenti özü təyin edib. Məlumata əsasən, Əhəd Abıyev orta məktəblərdə tədris olunan 1-ci siniflər üçün hazırlanmış dərslikləri başlayıb". 

Məlumatda icra başçısının bu təşəbbüsünün I Avropa Yay Olimpiya Oyunları ilə bağlı olaraq rayona gələcək qonaqlarla şəxsən təmasda olmaq istəyindən qaynaqlandığı da bildirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA