Prezident İlham Əliyev və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət edib

img

10-05-2015 [10:44]


Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Ziyarətdə mərhum prezidentindoğmaları, yaxınları da iştirak ediblər.

Prezident İlham Əliyev görkəmli siyasi xadim Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA