İcra başçısı ilə general bayram tədbirində! - FOTO

img

09-05-2015 [21:55]


Bu gün Şəmkir rayonunda faşizm üzərində qələbənin 70-illiyinə həsr olunmuş bayram tədbiri keçirilib.

Mia.az-a verilən məlumata görə, tədbirdə iştirak edən Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov N saylı Şəmkir Hərbi Birləşməsinin komandiri, milli qəhrəman, general-leytenant Rövşən Əkbərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, eyni zamanda, rayon ictimaiyyətinin nümayəndələri 1941-1945-ci il II Dünya Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.

Tədbirin rəsmi hissəsində çıxış edən Şəmkirin icra başçısı Alimpaşa Məmmədov müharibə veteranlarının keçdiyi ağır döyüş yolundan söz açaraq, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanlıların xüsusi qəhrəmanlığını vurğulayıb. İcra başçısı diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin müharibə veteranlarına hər zaman göstərdiyi xüsusi diqqət və qayğı bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 

Çıxış edən digər natiqlər II Dünya müharibəsində gedən ağır döyüşlərdə Azərbaycanlıların sücaətlərindən geniş danışıblar.

 Tədbir veteranlar üçün konsert proqramı ilə davam etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA